Qarabag Media
Haqqımızda Əlaqə

Paşinyan Xankəndinə, qondarma “müstəqillik” gününə gəlmir


Tarix:30-08-2019, 13:53 Kateqoriya:Manşet / Qarabağ

Paşinyan Xankəndinə, qondarma “müstəqillik” gününə gəlmir

Ermənistan mətbuatına baş nazir Nikol Paşinyanın “mətbəxindən” yeni xəbərlər sızdırılıb.

Karabakhmedia.az Virtualaz.org-a istinadən xəbər verir ki, Yerevanda Ermənistanın xaricdəki səfirlərinin ənənəvi toplantısında iştirak edən diplomatlar sentyabrın 2-də qondarma “dqr”in “müstəqillik bayramını” qeyd etmək üçün Xankəndinə gələcəklər. Amma Paşinyan həmin “bayramda” olmayacaq.

“Meydan” (“Qraparak” ) qəzeti yazır ki, hər il sentyabrın 2-də Ermənistan rəhbərliyi əsasən tam heyətlə Xankəndinə yollanıdı. “Amma bizə deyiblər ki, bu il Nikol Paşinyan Stepanakertə (Xankəndi) getməyəcək. Onun əvəzində bir neçə gün əvvəl keçmiş baş nazir Ovik Abramyan orada olub”,-qəzet yazır.

O da bildirilir ki, Qarabağda Paşinyanın Ermənistan büdcəsindən qondarma rejimin keçirəcəyi yerli seçkilərin monitorinqi üçün “Transparensy İnternational” təşkilatına 80 min dollara yaxın qrant ayırmasından bərk narazı qalıblar. Bu Ermənistanın “Dağlıq Qarabağın daxili işlərinə müdaxiləsi” kimi qiymətləndirilib.

Qəzetin digər məlumatına görə səfirlərin toplantısının mətbuata bağlı hissəsində Paşinyan diplomatları bərk danlayıb. Deyib ki, onlar Ermənistan iqtisadiyyatına pul cəlb etmək üçün heç nə etmirlər, iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmirlər. Və Paşinyan səfirlərə əbəs yerə bu qədər pul xərclənməsini başa düşmədiyini deyib.

Mənbə deyib ki, Paşinyanın əsas hədəfi ABŞ-dakı səfir Varujan Nersisyan idi. Onun danlanmasının səbəbi təkcə Ermənistana pul cəlb edə bilməməsi deyil, o cümlədən baş nazirin ABŞ yüksək rəhbərliyi, prezidenti və baş naziri ilə görüşünü indiyədək təşkil etməməsi olub.

_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB