Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün Milli Qəhrəman Rövşən Əliyevin doğum günündür


Tarix:30-08-2019, 12:53 Kateqoriya:Manşet / Qəhrəmanlar

Bu gün Milli Qəhrəman Rövşən Əliyevin doğum günündürKarabakhmedia.az xəbər verir ki, Rövşən Nəriman oğlu Əliyev 1972-ci il avqustun 30-da Bakı şəhərində anadan olub.

1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Texniki Universitet - red.) maşınqayırma fakültəsinə daxil olmuşdur.

1990-cı ildə baş verən Qanlı Yanvar faciəsi hər bir Vətən övladı kimi Rövşənə də çox ağır təsir etmişdi. O, heç cür özünə gələ bilmirdi. Qərar verdi ki, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşacaq.

1991-ci ilin mayı... O, könüllü olaraq orduya yazıldı.

Sonra Ağdamda yaradılmış milli müdafiə taboru... O, döyüşə atılaraq Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak etdi. Cəsur döyüşçü 1992-ci ilin martında yeni bir tapşırıq aldı: əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır. Verilən tapşırıq vaxtında və peşəkarlıqla yerinə yetirildi

Ermənilər 13 may 1992-ci ildə bizim əsgərləri Dəhraz kəndindən çıxarmaq məqsədilə Abdal kəndinə hücum edirlər. Rövşən Əliyev yoldaşlarına köməyə gedir. Düşmən zərbələrə tab gətirməyərək geri çəkilir. Tələbə-döyüşçü Ağbulaq-Dəhraz əməliyyatlarında xüsusilə fərqlənir. Bu kəndlər Rövşən Əliyev kimi oğulların dönməzliyi sayəsində erməni quldurlarından təmizlənir. 14 iyun 1992-ci il... Azğınlaşmış düşmən yenidən böyük qüvvə ilə Dəhraz kəndinə hücum edir. Əsgərlərimiz mühasirəyə düşür. Rövşən yaralı yoldaşlarının düşmən əlinə keçməməsi üçün böyük şücaət göstərərək, onları döyüş meydanından uzaqlaşdırmağa müvəffəq olur. Növbəti dəfə komandirini xilas edərkən başından yaralanır. Bir qədər sonra o, gözlərini əbədi yumur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanın adı verilmişdir.

Karabakhmedia.az

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO