Qarabag Media
Haqqımızda Əlaqə

Mina Abbasova Budapeştdə qızıl medala sahib oldu


Tarix:27-08-2019, 13:32 Kateqoriya:Manşet / İdman

Mina Abbasova Budapeştdə qızıl medala sahib oldu

Karabakhmedia.az xəbər verir ki, 9 yaşlı, balaca gimnastımız Mina Abbasova iyun ayında Bakıda keçirilən “Gymkids kuboku 2019” –Bədii Gimnastika üzrə 1-ci açıq beynəlxalq çempionatında qazandığı qızıl medalından sonra 23-25 avqust tarixlərində Macarıstanın Budapeşt şəhərində XIX ənənəvi “Gracia” kuboku uğrunda yarışlarda ölkəmizi layiqincə təmsil edib və sayca 35-ci medalına (13 qızıl, 19 gümüş, 3 bürünc) sahib olub.

Macarıstanla yanaşı, ABŞ, Kanada, Rusiya, Ukrayna, Lüksemburq, Xorvatiya, Slovakiya, Misir, Çexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, İtaliya, Malayziya, Gürcüstan, Koreya, Braziliyanın milli yığmalarının qatıldığı bu mötəbər turnirdə həmyerlimiz Mina Abbasova alətsiz çıxışda rəqiblərini böyük xal fərqi ilə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və komandasına qələbə sevinci bəxş edib. Növbəti 2-ci və 3-cü yerlər macar və rus gimnastlarına verilib.

Qeyd edək ki, balaca gimnastımız indiyə qədər iştirak etdiyi bütün beynəlxalq turnirlərdə parlaq qələbələri ilə yadda qalıb. Onun bu uğurları təkcə öz idman karyerasına deyil, Azərbaycanın idman tarixinə də qızıl hərflərlə yazılmaqdadır.

O, 5 yaşından başlayaraq Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür və iştirak etdiyi bütün yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir.

Balaca gimnastımızın həmişəki kimi ən böyük arzusu ölkəmizi Dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”