Qarabag Media
Haqqımızda Əlaqə

Əli Mütəhhəridən etiraf: “İran Qarabağ müharibəsində milli məsələlərə görə Ermənistana dəstək göstərdi”


Tarix:26-08-2019, 17:44 Kateqoriya:Manşet / Siyasət

Əli Mütəhhəridən etiraf: “İran Qarabağ müharibəsində milli məsələlərə görə Ermənistana dəstək göstərdi”

İran Milli Məclisinin Tehrandan seçilmiş millət vəkili Əli Mütəhhəri ölkəsinin Qarabağ müharibəsi zamanı Ermənistanın tərəfini tutduğunu etiraf edib.

Deputatın İranın Kəşmir məsələsi ilə bağlı mövqeyi mövzusunda yazdığı və yerli media orqanlarında dərc edilən qeydində “İran İslam Respublikasının Kəşmir məsələsində daha çox dini vəzifəsi olsa da, bu günə qədər bu məsələyə çox az münasibət bildirib”diyi deyilir.

Mütəhhəri Hindistanın Cammu və Kəşmir vilayətlərinin muxtar respublika statusunun ləğv edilməsi qarşısında İranın tərəfləri təmkinli olmağa çağırmasını tənqid edib və bunun kafi olmadığını deyib.

Deputat Kəşmir məsələsini misal göstərməklə, ölkəsinin xarici siyasətinin “islam həmrəyliyi” və “müsəlman qardaşlığı”na əsaslanmadığını və müsəlman ölkələrinə qarşı biganə yanaşdığını qeyd edib.

Əli Mütəhhəri bu xüsusda Qarabağ məsələsinə də toxunub və İranın Ermənistana dəstək göstərdiyini bildirib.

“Keçmişdə də Azərbaycanla Ermənistan arasında Qarabağ uğrunda baş verən münaqişədə Azərbaycanın haqlı olmasına baxmayaraq, biz (İran-red.) milli məsələlərə görə ümumilikdə Ermənistanın tərəfini tutduq”- deyə deputat əlavə edib.

Əli Mütəhhəri həmçinin Çinin uyğur türklərinə qarşı yürütdüyü zülmdə də ölkəsinin öz mənafeyinə uyğun olaraq, Çinə dəstək göstərdiyini qeyd edib.

Xatırladaq ki, Qarabağ müharibəsi zamanı İran Ermənistana kömək edən başlıca ölkələrdən olub. Hazırda da Ermənistanın ən böyük iqtisadi tərəfdaşlarından biri İrandır. Rəsmi Tehran İrəvan üçün nicat qapısı hesab edilir./GünAz TV/

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
Gürcüstanda deputatlar parlamentə buraxılmır
"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri
İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
Prezident “28 May” metrostansiyasının qarşısında – FOTOLAR
Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor
Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
Bu gün Beynəlxalq Kişilər Günüdür
Ahmet Sağlam AKP-dən istefa verdi
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ
"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında
"Sarı Aşıqdan Aşıq Şəmşirə girov ruhlar işığında" layihəsi çərçivəsində tədbir keçirilib
İran Təhlükəsizlik Şurası internetə məhdudiyyət tətbiq edib