Qarabag Media
Haqqımızda Əlaqə

Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”


Tarix:20-08-2019, 14:30 Kateqoriya:Manşet / Cəmiyyət

Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”"Bizə demişdilər ki, əgər cəsəd tam aşkar olunmasa, pilotun bir ayağını dəfn edək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında iyulun 24-də qəzaya uğramış MiQ-29 hərbi təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin cəsədinin tapılmasına münasibət bildirən hərbiçinin qayınatası, politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, həlak olmuş pilotun ayağının biri axtarışların ilk günü tapılıbmış: "Polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi bu gün səhər tapılıb. Cəsədi təxminən tanımaq olurdu, amma cəsəddə deformasiyalar var idi. Təyyarə düşəndə "preslənib”. Kreslo çox möhkəm hazırlandığından, pilotun oturduğu kabinə demək olar ki, dağılmayıb. Onun əzalarının da müəyən hissələri tapılıb. Açığı, Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı. Bizə demişdilər ki, əgər cəsəd tam aşkar olunmasa, pilotun bir ayağını dəfn edək. Buna qəti etiraz etdikdən sonra axtarışlar daha ciddi surətdə aparıldı və bu gün cəsəd tapıldı”.

Qabil Hüseynli qeyd edib ki, Rəşad Atakişiyev katapultdan istifadə etməyib: "Əgər etsəydi, kreslo tapılmazdı”.

Məlumata görə, pilot Rəşad Atakişiyevlə vida mərasimi sabah Müdafiə Nazirliyinin Tədris Mərkəzində keçiriləcək və hərbçi İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”