Qarabag Media
Haqqımızda Əlaqə

Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur


Tarix:16-08-2019, 00:49 Kateqoriya:Manşet / Cəmiyyət

Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludurTarixi saxtalaşdıranların cəzasını gec-tez tarix özü verir. Dünya tarixinə əl uzadan, qədim dövlətlərə və onların ərazilərinə iddia edən ermənilər zaman-zaman “Böyük Ermənistan” xülyası ilə yaşayıblar, bu gün də bu çürük məqsədin ardınca sürünürlər. Cənubi Qafqazın “qara yarası” olan ermənilər özlərini ən qədim “xalq”, “xristianlığın sütunu” adlandırmaqdan nə usanırlar, nə də bezirlər.

Bütün dünyanın baş bəlasına çevrilən bu toplumun özlərindən uydurduqları “dövlətləri” bir deyil, beş deyil. Gah qədim “dövlətləri”nin İran, gah Azərbaycan, gah Türkiyə, gah ön Asiya, gah da uzaq Afrikada olduğunu iddia etmək sərsəmlik olsa da, onlar bunu həqiqət kimi qəbul edirlər. Bu azmış kimi, bunu məqalələr, nəşrlər və elektron kitablar şəklində internet resurslarında yerləşdirirlər. “Qədim Ermənistan” haqqında hazırladıqları mətnləri müxtəlif dillərdə internet resurslarında yerləşdirən ermənilər bununla özləri “dövlətçilik” sahibi kimi təqdim edirlər. Bu barədə internetdə kifayət qədər Azərbaycan dilində məlumatlar da var. Mətnlərdən açıq görünür ki, bu saxta məlumatları yazanlar Azərbaycan dilinin incəliklərinə elə də bələd deyillər. Çünki mətnlərdə bəs deyincə orfoqrafiya, üslub, ifadə səhvləri var. Ermənilərin seçdiyi yeni təbliğat üsulu həqiqətən də ürək bulandırır. Amma bununla belə, bu bizə əsas verir ki, mövcud vəziyyətə qarşı səfərbər olaq.

Yaxşı, həqiqətən də tarixdə Ermənistan dövləti olubsa və o, ön Asiyada, Dəclə və Fərat çayları arasında yerləşibsə, bəs nə üçün ermənilər o dövlətlərini bərpa etmək uğrunda mübarizə aparmır, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırır, torpaqlarımızın 20 faizdən artıq hissəsini hələ də işğalda saxlayır, tarixi dədə-baba yurdumuz olan Qərbi Azərbaycanda Ermənistan adlanan dövlət yaradıblar? Ön Asiyada dövlətləri olubsa, gedib orada öz “dövlətləri”ni bərpa etsinlər.

İnternetə “Ermənilərin tarixinə dair qısa xülasə” adlı PDF variantında böyük bir mətn yüklənib. Mətnin kim tərəfindən yükləndiyi qeyd edilmir. Bu mətndə söhbət “qədim Ermənistan dövləti”ndən gedir. Mətnin girişində qeyd edilir ki, bizim eradan əvvəl, 331-ci ildə Makedoniyalı İsgəndərin Əhəmənlərin axırıncı şahı III Dara üzərində qələbəsinə qədər İranın tərkibində olan Ərməniyyə Makedoniya imperiyasına daxil oldu. “Böyük İsgəndərin ölümündən sonra onun ərazisi sərkərdələr arasında bölüşdürüldü. B.e.ə. 301-ci ildə axırıncı bölgüdə Ermənistan Solyusiya hökmranlığına daxil oldu. Dövlət Solyusiya mütləqiyyəti tərəfindən idarə olunurdu. Bu dövlət də b.e.ə. 189-cu ildə romalılar tərəfindən işğal edildi.

Müxtəlif mənbələr göstərir ki, Ermənistan solyusların hakimiyyətinə keçənə qədər fars əsilli 2 sərdar - Artaksiyas və Zariardıs tərəfindən idarə olunurdu. Romalıların qələbəsindən sonra onlar Roma Senatının himayəsinə keçdilər. Bu baxımdan arşakilərin öz dövlətçiliklərini bərpa etmək üçün mübarizələri canlandı. Aydınlır ki, II Mitridatın (123-88-ci illər, b.e.ə.) idarəçiliyi vaxtı ərşaqilər müvəffəqiyyət qazandılar. Həmçinin, aydındır ki, arşakilər Armenianı tutdular, Romadan asılı olan erməni knyazı II Artavazdın oğlu Tiqranı girov görürdülər.

Tiqran atasının ölümündən (b.e.ə. 95 və ya 94-cü illər) sonra onun tərəfindən əldə olunmuş torpaqların bir hissəsini Mitridata verdi. Torpaqdan qalan hissəsində hökmranlıq etdi.

Roma imperiyasının daxili qarışıqlığından, onun, necə deyərlər, «sosial müharibələr» nəticəsində zəifləməsindən, digər tərəfdən, sakların hücumuna başları qarışmış arşakilərin vəziyyətindən istifadə edən Tiqran ətrafındakı feodal knyazlıqları birləşdirdi, onların ərazilərini genişləndirərək öz müstəqilliyini elan etdi. Öz mövcudluğunu saxlamaq naminə Pont çarı IV Mitridat Yevpatorla ittifaqa girdi. Bu ittifaq əvvəllər Tiqran üçün əlverişli idi, ancaq Mitridatın Roma ilə uğursuz müharibələri Tiqranın müstəqilliyinin itirilməsi ilə nəticələndi: b.e.ə. 66-cı ildə Roma sərkərdəsi Pompey Ermənistanı işğal etdi və Tiqran Roma dövlətinin nəzarətinə keçdi”.

Mətnin digər hissələrində isə “Ermənistan dövləti”nin ərazisinin İran və Roma arasında bölüşdürüldüyü və s. yazılır. Bir sözlə, bu mətnlə tanış olduqda oxucuda belə təsəvvür yaranır ki, sən demə, ermənilər qədim dövlətçilik ənənələrinə malik olublar (?). Əslində isə belə deyil. Bu, başdan-başa, saxtakarlıq örnəyidir.

Bizi narahat edən məsələ odur ki, Azərbaycan və dünya tarixşünasları ermənilərin bu iddialarına lazımi səviyyədə cavab vermir və onların tarix səhnəsində oynadıqları rolu onlara xatırlatmır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında dedi ki, hay tarixçilərinin ortaya atdığı “Qədim Ermənistan”, yaxud “Böyük Ermənistan” məsələsi həqiqətə söykənmir və bu bir cəfəngiyyatdır. “Hay tarixçiləri özlərinə qondarma tarix və dövlət yaratmaqla və bu məsələni də müxtəlif dillərdə internet resurslarında yerləşdirməklə növbəti saxtakarlığa imza atırlar. Ümumiyyətlə, tarixdə Ərməniyyə adlı bir ərazi, vilayət olub. Həmin Ərməniyyənin isə haylara və indiki Ermənistan dövlətinə heç bir aidiyyəti və dəxli yoxdur. Sözügedən Ərməniyyə vilayəti Parfiyanın nəzarəti altında idi. Ermənilər həmin Ərməniyyəni nəzərdə tuturlar. Ərməniyyəni idarə edənlər, idarəçiliyin başında duranlar türk mənşəli arşakilər idlər. Arşakilər sonrakı dönəmlərdə xristianlığı qəbul etdilər. Eyni zamanda, Ərməniyyə adlandırılan arşakilər sülaləsi ərsaklar idi. Yəni Sak türkləri. Onlar qıpçaq türkləri idilər. Bildiyimiz kimi, albanlar da, ərsaklar (qıpçaqlar) da xristianlığı qəbul etdilər. Ermənilərin isə nə Ərməniyyəyə, nə də o sülaləni idarə edən ərsaklara heç bir aidiyyəti yoxdur. Çünki bildiyimiz haylar özlərini hind-Avropa mənşəli hesab edirlər. Amma ərsaklar isə türk mənşəli idilər. Ona görə də ermənilərin Ərməniyyəni “Ermənistan” adlandırması və bunu kitablarda, internet resurslarında yerləşdirməsi tamamilə cəfəngiyyat və bir erməni uydurmasıdır. Onlar bununla tarixlərini qədimləşdirmək istəyirlər. Buna görə də istər Parfiya, istərsə də Midiya dönəmində olan türk mənşəli dövlətləri, sülalələri, Midiyaya bağlı ayrı-ayrı vilayətləri özlərinə aid edirlər. Bu cür cəfəngiyyatlar hay tarixçiləri tərəfindən 18-ci, 19-cu əsrlərdən formalaşdırılmağa başlayıb, bu gün də davam etdirilir”.

F.Ələkərli qeyd etdi ki, bəzi tarixçilər səhvən Albaniyanın, indiki Azərbaycanın qonşuluğunda “Ermənistan”ın olduğunu uydururlar. Onun sözlərinə görə, o dövrdə tarixdə Ermənistan yox, ermənilərə aidiyyəti olmayan Ərməniyyə dövləti mövcud idi. “Sonrakı dövrlərdə, xüsusən də Çar Rusiyası işğalından sonra bizim ölkəyə, ümumiyyətlə, Cənubi Qafqaza köçürülən ermənilər qıpçaq türklərinin tarixinə, mədəniyyətinə qarşı iddia irəli sürməyə və ona sahib çıxmağa başladılar. Ermənilərin internet üzrərindən həyata keçirdikləri saxtakarlıq, cəfəngiyyat dolu təbliğatı məhvə məhkumdur və bu öz nəticəsini verməyəcək. Onların məqsədi “Ermənistan dövləti”ni qədimləşdirmək cəhdləri ilə bağlıdır, halbuki, nə Cənubi Qafqazda, nə də başqa yerdə Ermənistan adlı dövlət olmayıb” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA

___________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İran ilə bağlı qorxunc iddia – Ölü sayı 250 nəfəri keçib
Xalq, millət, yoxsa cəmiyyət? - Bir qarışıqlığın dumanında
“Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası nəşr edilib
Vladimir Putin Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib
Qaregin Njde məsələsi Ankarada müzakirə olundu
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
Zaqatala, Şəki və Qax rayonlarına qar yağıb
Nazir müavinindən məktəb direktorlarına XƏBƏRDARLIQ
Çovdarda 100 min ağac tingi yetişdiriləcək
"Haqq mənəm" tamaşasının premyerası olub
Onun üçün...
Prezident Naxçıvana 41.6 milyon manat ayırdı
Hyundai Azərbaycana yeni subkompakt kreossover gətirəcək
"AzFinance İnvestisiya Şirkəti"ndə yeni direktor
Bakıda erməni dili kursları açılır
AĞLAGƏLMƏZ YENİLİK: artıq görüntülü danışdığınız adama toxuna biləcəksiniz
UEFA "Qarabağ"ın erməni təxribatı ilə üzləşdiyi stadionla bağlı ultimatum verib
Hicran Hüseynova: “Kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır”
XİN-dən Ata Abdullayevlə bağlı - AÇIQLAMA
“Xaricdəki təbliğatın Qarabağın azad edilməsinə heç bir faydası yoxdur...”
Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK - Yol polisindən XƏBƏRDARLIQ
BAO-nun Güney Azərbaycanla bağlı prezidentə etdiyi müraciətə ziyalılar da qoşuldu
Azərbaycan millisi FİFA reytinqində Mozambikdən də geri düşəcək
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Ankarada Xocalı abidələrini ziyarət edib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib
BDU-nun ölən tələbəsinin fotosu yayıldı
ABŞ-dan S-400-lə bağlı Türkiyəyə növbəti təhdid
Bakıda oğru marketi qarət edib 2 nəfəri bıçaqladı
Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə
Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi” filminin təqdimatı keçirilib – FOTO