Qarabag Media
Haqqımızda Əlaqə

"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."


Tarix:14-08-2019, 13:01 Kateqoriya:Manşet / Yazarlar

"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..." İlham İsmayıl

Universitetdə oxuduğumuz illər idi. O vaxtlar universitetin hərbi kafedrası var idi və həftədə bir gün “hərbi hazırlıq” dərsi keçirilirdi. Dərsdə yalnız oğlanlar olurdu. Bir dəfə tənəffüsdə iki tələbə yoldaşımız arasında söz atışması oldu və qarşıdurma söyüşə keçdi. Tərəflərdən biri ən kəskin kişi söyüşlərini qarşı tərəfə yağdırırdı, söyüşə məruz qalan tələbə yoldaşımız isə bu söyüşlərə adekvat cavab vermir, hətta haqlı olmağına baxmayaraq özünü normal şəkildə nə sözlə, nə əllə müdafiə edə bilmirdi. Söyüş söyən isə öz aləmində qarşısındakının əfəlliyini görüb daha da qızışır və dördmərtəbəli kişi söyüşlərini yağdırıb, qarşısındakının bütün var-yoxunu ortaya qoyurdu. Nəhayət, söyüşlərə, təhqirə məruz qalan tələbə yoldaşımız dilləndi: “Onda.., onda sənin də başına zibil olsun”. Bir anlığa araya sükut çökdü və hamı, hətta söyüş yağdıran tərəfin qəribə, təəccüb doğuran və sonda qəhqəhə ilə müşayət olunan reaksiyası hamıya keçdi, amma hamının içində bir qəzəb də yarandı: bu cür söyüşlərin qarşısında bu nə yazıq cavab idi? Tərbiyəli yox, yazıq, mağmın, əfəl...

Söyüş söyən də, ona cavab verə bilməyən də - nə qədər tərbiyə yiyəsi olsa da - qınandı.

Paşinyan 5 avqustda bizim öz torpağımızda bizi söyəndən, təhqir edəndən (başqa adı varsa, deyin) sonra bizim rəsmilərin yarıkönülsüz cavablarını eşitdikcə yadıma 40 il əvvəl baş vermiş bu hadisə düşdü və paralellik aparası oldum. Qeyri rəsmi şəxslərin sosial şəbəkələrdəki münasibətləri öz yerində, bəzi rəsmilərin cavabları, hətta “sənin də başına zibil olsun”dan da çox – çox zəif görünür. Yeni məsələ deyil, 26 illik işğalın sahibinin dediyini “provakasiya” adlandırmaq üçün gərək nə qədər “tərbiyəli mağmın” olasan ki, hələ bir bunu da Azərbaycanın “uğuru” adlandırasan. Qraf Monteskeyenin çox dəyərli bir sözü var: “hər bir vətəndaş vətən uğrunda ölməyə borcludur, amma heç vaxt onu vətən naminə yalan danışmağa borclu etməyin”. Paşinyanın dediklərini “provakasiya” adlandıranlardan soruşmaq lazımdır ki, erməni baş nazir bizi nə üçün provakasiyaya çəkir? Belə çıxır ki, bu “provakasiya” dan qəzəblənib hücuma keçmiş olsaydıq, tələyə düşəcəkdik? Paşinyanın bəyanatından qəzəblənib torpağı azad etməyə başlasaydıq, məğlub olacaqdıq? Bəs, güclü ordumuz, bəs, sayı bilinməyən generallarımız? Siz bu ordunu, bu generalları provakasiyaya uduzacaq qüvvəmi sandınız? Yoxsa, qrafın dediklərindən - “vətən naminə yalan danışmağa borclu” olanlardansınız? Mən deyərdim ki, qraf sizləri nəzərə alsaydı, “vətən naminə” sözlərini “tutduğunuz vəzifə naminə” ilə əvəz edərdi.
Məsələyə həm yalan, həm də avantürist yanaşmaq zərərlidir. Real yanaşmaq lazımdır. Əksəriyyətin təkrar etdiyi fikir budur ki, bütün çəkindirici faktorların başında Rusiya dayanır. Rusiya Qarabağ cəbhəsində müharibə istəmir, sülh də istəmir, mövcud status-kvo onun maraqlarına uyğundur, amma bu vəziyyət həm də Ermənistanı qane edir. Yeganə zərərçəkən Azərbaycandır. Biz optimal yolu indiyədək həll edə bilməmişik, necə etməliyik ki, heç olmasa Ermənistan narazı qalsın. Rusiya qarşısında bu qədər ehtiyatlı davranışın başqa səbəbləri də var və bu yalnız Rusiyanın bizə hərbi güc göstərəcəyi, təzyiq edəcəyi ilə bağlı deyil. Hiss olunur ki, Rusiyadan yalnız Qarabağa görə deyil, tamam başqa məsələlərdə də taleyüklü asılılıqlar mövcuddur. Rusiya təzyiqindən Ermənistan – konkret olaraq Paşinyan daha az çəkinir, nəinki biz. Deməli, Rusiyanın bizimlə hesablaşmasının yollarını tapmalıyıq və buna Azərbaycanın kifayət qədər manevr imkanları var.

Rusiyanı getdikcə etiraz dalğaları bürüyür. Putin 20 illik hakimiyyəti dövründə ən aşağı reytinqə malikdir. Ona qarşı xalqın qəzəbi getdikcə artır. Rusiya 90-cı illərin Yeltsin inqilabı ərəfəsindədir. Bu ərəfəni dəyərləndirmək lazımdır. İqtisadi böhran artıqca, Suriyada, Donbasda hərbi xərclər və canlı itkilər çoxaldıqca Rusiya başqa bir döyüş ocağının yaranmasını istəməz. Deməli, bizim hərbi cəhətdən Qarabağ cəbhəsində düşmənə zərbə endirib, ən azı 2016-cı ilin aprel gərginliyini yaşatsaq, Rusiya bizə əmr verməyəcək, xahiş edəcək, o cümlədən Avropa da, ABŞ-da, elə Ermənistan da... Yetər ki, dəqiq və uğura hesablanmış ağıllı, çevik döyüş əməliyyatı hazırlansın. Nəticədə Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək. VƏ PROSES DAVAM ETMƏLİDİR! Dayanmaq olmaz! Düşmən( lər) bilməlidir ki, bu artıq “ bir atımlıq barıt” deyil, davamı olacaq. O zaman ATƏT-də ciddi şəkildə maraqlı olub, danışıqları həqiqətən də “substantiv” edəcək. Ən əsası danışıqlarda vaxt qoyulmalıdır. Konkret vaxt ərzində konkret prinsiplərə əməl olunma, şərt kimi irəli sürülməlidir. Vaxt qoyulmasa, məsələ daha bir 26 il uzanacaq. Ya hə, ya yox!

Deyilənləri xəyal, arzu, reallıqdan uzaq hesab etmək lazım deyil. Rusların özlərinin yaxşı bir atalar sözü var: “şeytan təsvir olunan qədər də qorxunc deyil”.

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi
Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı
Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
Millət vəkili Yevda Abramov vəfat etdi
Belə millət vəkillərimiz də olub!
Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...
10 hakimimiz FİFA statusunu itirdi
Kağızın keçdiyi tarixi yol
Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
Baş redaktor azadlığa buraxıldı
İmzalar içində Hadi - Elnarə AKİMOVA YAZIR
Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı
Lavrovun səfəri və regiondakı həssas balans – TƏHLİL
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib - FOTOLAR
İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi
Hafiz Hacıyev: "Partiyadan 50-60 nəfərin namizədliyini verməyi düşünürük"
Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix
Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib
Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi
Bir gündə 650 min ağac: Şamaxıdan start verildi
İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar
“Fənərbağça” komandasının fanatlarından “Traxtur”a dəstək - VİDEO
Brüsseldə Azərbaycanla bağlı dəyirmi masa
Erməni polkovnikdən ŞOK AÇIQLAMA: "Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik"
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov