Qarabag Media
Haqqımızda Əlaqə

Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ


Tarix:9-08-2019, 13:22 Kateqoriya:Manşet / Gündəm

Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli ölkəmizin dinamik iqtisadi inkişafı şəraitində güclü sosial siyasətin həyata keçirildiyini, o cümlədən həssas qruplara dövlətin qayğısının artmaqda davam etdiyini vurğulayıb.

O bildirib ki, cari ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi əmək haqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına səbəb olub. Nazir müavinin sözlərinə görə, bu islahatlar 4,2 milyon insanın rifahına ciddi dəstək olub.

V.Nəsirli qeyd edib ki, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub, hazırda təqdim olunanlar da daxil olmaqla onlardan artıq 280 avtomobil verilib. Nazir müavini deyib ki, bununla da indiyədək müharibə əlillərinə 6424 minik avtomobili verilib.

Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub. Avtomobillə təmin olunan müharibə əlilləri dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan məmnun olduqlarını qeyd edib, onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, o cümlədən yeni avtomobillərlə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. (publika.az)

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi
Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı
Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
Millət vəkili Yevda Abramov vəfat etdi
Belə millət vəkillərimiz də olub!
Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...
10 hakimimiz FİFA statusunu itirdi
Kağızın keçdiyi tarixi yol
Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
Baş redaktor azadlığa buraxıldı
İmzalar içində Hadi - Elnarə AKİMOVA YAZIR
Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı
Lavrovun səfəri və regiondakı həssas balans – TƏHLİL
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib - FOTOLAR
İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi
Hafiz Hacıyev: "Partiyadan 50-60 nəfərin namizədliyini verməyi düşünürük"
Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix
Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib
Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi
Bir gündə 650 min ağac: Şamaxıdan start verildi
İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar
“Fənərbağça” komandasının fanatlarından “Traxtur”a dəstək - VİDEO
Brüsseldə Azərbaycanla bağlı dəyirmi masa
Erməni polkovnikdən ŞOK AÇIQLAMA: "Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik"
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov