Qarabag Media
Haqqımızda Əlaqə

“Xalqı sülhə yox, ölüm-qalım savaşına hazırlamalıyıq” - MİLLƏT VƏKİLİ


Tarix:7-08-2019, 13:15 Kateqoriya:Manşet / Siyasət

“Xalqı sülhə yox, ölüm-qalım savaşına hazırlamalıyıq” - MİLLƏT VƏKİLİ

Qüdrət Həsənquliyev: "Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyədə və Milli Hərbi Akademiyada təhsil almış kadrlarla gücləndirilməlidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair son bəyanatına münasibət bildirib.

Rusiyanın Qərblə qarşıdurma vəziyyətində olduğunu xatırladan BAXCP sədri qeyd edib ki, Rusiyada hakimiyyət daxilindəki Qərbə bağlı qüvvələr demokratik qüvvələrə dəstək verməklə ölkə daxilində vəziyyəti gərginləşdirmək, Putini küncə sıxıb geri çəkilməyə məcbur etmək istəyirlər: "Belə bir vəziyyətdə Azərbaycanla Ermənistan arasında qanlı savaşın başlaması Putini daha pis vəziyyətə sala bilərdi. Həm də Azərbaycanda hakimiyyət daxilində kriminallaşmış, daha böyük səlahiyyətlər üçün alışıb yanan güclərə dəstək olmaqla sürətli inkişafa yol açacaq islahatların dayandırılmasını təmin edərdi. Ona görə də həm Qərbdəki ermənipərəst qüvvələr, həm də onların Rusiya hakimiyyətindəki əlaltıları Paşinyana belə bir açıqlama ilə çıxış etməyi tapşırıblar. Onlar düşünürlər ki, bu açıqlamadan sonra Azərbaycan heç nə etməyib yenə danışıqlardan danışsa hakimiyyətin nüfuzuna xalq arasında ciddi zərbə dəyəcək. Bundan sonra isə payızda ölkədə sabitliyi pozmaq üçün ciddi zəmin yaranacaq”.

İqtidarın indiki durumda nə etməli olduğu barədə suala Qüdrət Həsənquliyev belə cavab verib: "Həmişə dediyim kimi yenə təkrar edirəm. Biz Putinlə təcili danışıqlara başlamalıyıq. Onu inandırmalıyıq ki, Rusiyanın bölgədə mövcudluğunu qoruması üçün bu münaqişəni saxlamaq lazım deyil. Bu münaqişə Rusiya üçün də təhlükə yaradır. Biz Rusiyanın bölgədə öz mövcudluğunu saxlaması üçün onun liderliyi ilə yaradılmış regional təşkilatlara qoşula, ikitərəfli müqavilələr bağlaya bilərik. Əgər Putin ciddi qərarlar qəbul edə bilməyəcəksə onda iqtidar xalqla açıq danışmalı, Rusiya ilə münasibətlərə yenidən baxmalı və peşəkar ordu quruculuğu istiqamətində vacib qərarlar qəbul etməlidir”.

"Ordu quruculuğu istiqamətində hansı addımların atılmasını vacib hesab edirsiniz?” sualını cavablandıran BAXCP sədrinin qənaətinə görə, ilk növbədə müdafiə naziri mülki, yüksək intellektə malik, təcrübəli və siyasi baxımdan hazırlıqlı şəxs olmalıdır: "Ən azı 30 min nəfərlik, dağlıq ərazidə döyüşməyi bacaran peşəkar ordu birləşmələri yaradılmalıdır. Cənubi Azərbaycandan,Türkiyədən, Pakistandan, Əfqanıstandan ehtiyatda olan, hərbi əməliyyatlarda iştirak etmiş zabitlər və hərbçilər müqavilə əsasında orduya cəlb olunmalıdır. Müddətli hərbi xidmətə çağırış 6 aya endirilməlidir. Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyədə və Milli Hərbi Akademiyada təhsil almış kadrlarla gücləndirilməlidir. Bununla yanaşı, paralel olaraq Azadlıq savaşı başlayana qədər cəbhə xəttində hər gün işğalçıları öldürməyə çalışmalıyıq. Xalqı sülhə yox, torpaqlarımızın azadlığı və milli şərəfimiz üçün ölüm-qalım savaşına hazırlamalıyıq”.
_______________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB