Qarabag Media
Haqqımızda Əlaqə

Beşinci nəsil qırıcılar: "Su-57" "F-35"ə qarşı


Tarix:7-08-2019, 12:15 Kateqoriya:Manşet / Gündəm

Beşinci nəsil qırıcılar: "Su-57" "F-35"ə qarşı

Sputnik Azərbaycan-ın təqdim etdiyi infoqrafikada "Su-57" və "F-35" döyüş təyyarələrinin əsas xüsusiyyətləri ilə tanış ola bilərsiniz

İyulun 12-də Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünə start verilməsindən dərhal sonra Ankaranın Moskvadan başqa bir müasir silahı – "Su-57" döyüş təyyarələrini alacağına dair söz-söhbət dolaşmağa başlayıb. Səbəb isə hamıya bəllidir: "S-400"ün Türkiyəyə tədarükü ilə bağlı olaraq iyulun 17-də rəsmi Vaşinqton Ankaranın "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev iddia edir ki, Ankara tərəfindən alınmış zenit-raket kompleksləri ABŞ istehsalı olan "F-35" döyüş təyyarələri ilə birgə istifadə edilə bilməz. Vaşinqton ehtiyat edir ki, "F-35"in və "S-400"ün birgə istifadəsi halında təyyarənin gizli saxlanılan texniki və döyüş xüsusiyyətləri aşkara çıxacaq.

Qeyd edək ki, bir müddət öncə Türkiyə ABŞ istehsalı olan "Patriot" zenit-raket komplekslərini almaq niyyətində idi. Lakin sabiq prezident Barak Obamanın administrasiyasının bu kompleksləri Ankaraya satmaqdan imtina etməsindən sonra türklər "S-400"ə üz tutublar.

İyulun 24-də Birləşmiş Ştatların hərbi-sənaye korporasiyası "Lockheed Martin" Türkiyənin 2020-ci ildə "F-35" təyyarələrinin istehsalı üzrə proqramdan çıxarılacağını bəyan edib. Şirkətin icraçı direktoru Merilin Hevson bildirib ki, 2020-ci ilin martında "F-35" təyyarələrin hissələrinin Türkiyədə istehsalı dayandırılacaq və bu hissələrin istehsalı Birləşmiş Ştatlara köçürüləcək.

Belə olan halda Ankaranın "F-35" əvəzinə Rusiya istehsalı olan çoxyönümlü beşinci nəsil "Su-57" döyüş təyyarəsinə üz tutacağı ehtimalı daha da artır. Qeyd edək ki, Rusiyanın "Rostex" dövlət korporasiyanın rəhbəri Sergey Çemezov Ankaranın "F-35" proqramından çıxması halında ölkəsinin Türkiyəyə "Su-57" döyüş təyyarələrini satmağa hazır olduğunu bildirib.

"Rusiya istehsalı olan bu beşinci nəsil döyüş təyyarəsi heyrətamiz xüsusiyyətlərə malikdir..." - Çemezov Anadolu Agentliyinə deyib.

O, əlavə edib ki, təyyarələr artıq satışa hazırdır.

"Suxoy" konstruktor bürosu tərəfindən layihələndirilmiş "Su-57" təyyarəsi "Т-50" şərti adı ilə də tanınır. Təyyarənin əsas üstünlüyü radara görünməməsidir. Onun əsas rəqibi Amerikanın "F-35" təyyarəsidir.

"Su-57"nin bu il istifadəyə veriləcəyi gözlənilir.

Beşinci nəsil qırıcılar: "Su-57" "F-35"ə qarşı

_________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Ərdoğan Haftarla danışıqlardan imtina etdi – SƏBƏB
ABŞ yeni silahını nümayiş etdirdi – VİDEO
Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Qobu və Saray qəsəbəsində görüşlər keçirib - FOTO
Prezident İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə görüşüb
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı film çəkilib
Putin baş prokuroru istefaya göndərib
Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən yazıb - I HİSSƏ
Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu
Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib
Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib
Güləşçilərimiz Fransada keçirilən ilin ilk turnirindən altı medalla qayıdır
Türkiyə Televiziyasında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb
Bir ölü, beş yaralı – Mikroavtobus qəzası ilə bağlı rəsmi açıqlama
Hava proqnozu: Duman, çiskin gəlir
Kəpənəkçidə Zəlimxan Yaqub adına Poeziya Evi tikiləcək
Azərbaycanın tanınmış jurnalisti vəfat edib
Məzarı olmayan şəhid — FOTOLAR
AZƏRBAYCANI ÖLKƏ HÜDUDLARINDAN KƏNARDA LƏYAQƏTLƏ TƏMSİL EDƏN BÖYÜK ALİM
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
Lənkəranda yol qəzasında sürücü yanaraq ölüb
Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi
20 Yanvar faciəsindən 2 gün öncə nə baş vermişdi? - Xaçmazdakı olayın şok DETALLARI
20 Yanvar hadisələrindən 30 il ötür
Ölkəyə qanunsuz dərman gətirənlər saxlanıldı - FOTO
Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib
Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib
Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Ceyranbatan qəsəbəsində şəhid ailələrini ziyarət edib
İran Ukraynanın xahişini yerinə yetirdi – Qara qutu göndərildi
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edilib - VİDEO
Rusiyadan anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı qız ölkəsinə yola salınıb