Qarabag Media
Haqqımızda Əlaqə

İlisu sultanının İstanbuldakı 150 yaşlı məzarı – FOTO


Tarix:7-08-2019, 11:28 Kateqoriya:Manşet / Araşdırma

İlisu sultanının İstanbuldakı 150 yaşlı məzarı – FOTOİstanbulda azərbaycanlı məşhurların məzarları ilə bağlı tədqiqat apardığım üçün ötənlərdə həmkarım Ramil Cəbrayıl İlisu sultanlığının son sultanı Daniyal bəyin məzarının Qaraca Əhməd qəbiristanlığında olduğunu söylədi. Ramil bəyin göndərdiyi qısa videoda Osmanlı dönəminə aid məzarın üzərində 6418 nömrəsinin qeyd olunduğunu gördüm. Bu nömrəni rəhbər tutaraq ötən həftə Qaraca Əhməd məzarlığında xeyli axtarışdan sonra Daniyal bəyin məzarını ziyarət edə bildim.

Qaraca Əhməd məzarlığında Azərbaycanla bağlı bizə məlum olan ən qədim məzar Daniyal bəyə aiddir. Bu məzar yerini 2013-cü ildə İslam hüququ üzrə doktor Əhməd Niyazov aşkar edib.

Daniyal bəy II Sultan Əhməd xanın oğludur. Anası Sultan Əhməd xanın dayısı Qazıqumux xanı II Surxay xanın qızı Tuti Bikə xanımdır.

İlisu sultanı Əhməd xan İlisulunun ölümündən sonra 1830-cu ilin yanvarında hakimiyyət onun oğlu Musa Sultana keçib. Lakin Musa Sultan da tezliklə vəfat etdiyi üçün hökmranlığa Daniyal Sultan gəlib. 14 fevral 1831-ci ildə qraf Paskeviç Daniyal bəyin sultan rütbəsini təsdiqləyib, ona kapitan rütbəsi verilib.

1831-1844-cü illərdə o, İlisu Sultanlığının son sultanı olub. 1840-cı ildə Daniyal bəy Qrodno Qusar alayının leyb qvardiya mundirini geymək hüququ alıb, polkovnik rütbəsinə yüksəldilib. Ardınca general-mayor rütbəsi alan sultan 3-cü dərəcəli müqəddəs Vladimir ordeni ilə təltif edilib. Lakin 17 aprel 1840-cı ildə “Quberniyaların yaradılması haqqında layihə”dın sonra imtiyazları məhdudlaşdırılan Daniyal Sultan ruslara qarşı azadlıq hərəkatına rəhbərlik edən Şeyx Şamilin tərəfinə keçib. Buna görə də 1844-cü ildə İlisu sultanlığı ləğv edilib.

Qızı Kərimətbikəni Şamilin oğlu Qazı Məhəmmədə ərə verən sultan Şamilin ən yaxın silahdaşı olub.

Daniyal Sultan Şamilin məğlubiyyətindən sonra hərbi rütbəsi və təqaüdü saxlanmaq şərtilə 7 avqust 1859-cu ildə rus hökumətinə tabe olub. Bir müddət Tiflisdə, sonra Şəkidə yaşayıb. 1869-cu ildə ailəsi ilə birlikdə Osmanlı dövlətinə köçüb, burada da vəfat edib.

Daniyal bəyin 150 yaşlı məzarı zamanın çarxından sağ-salamat çıxsa da, bu daş tarixi abidə olduğu üçün xüsusi şəkildə mühafizə edilməlidir. Təəssüf ki, bu məzarla eyni dövrdə hazırlanan başdaşılarının bəziləri dağılıb, bəziləri də məhv olmaq ərəfəsindədir. Bu baxımdan Daniyal bəyin də məzaının eyni aqibətlə üzləşməməsi üçün qorunması vacibdir./teleqraf.com/

İlisu sultanının İstanbuldakı 150 yaşlı məzarı – FOTO

İlisu sultanının İstanbuldakı 150 yaşlı məzarı – FOTO

Müəllif: Dilqəm Əhməd










SON XƏBƏRLƏR
Türkiyə Prezidenti Elazığa səfər edib
Mahir Abbaszadə Qobu park yaşayış kompleksində laçınlı seçicilərlə görüşüb - FOTOLAR
Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü
Əfqanıstanda hərbi helikopter raketlə vurulub
Özbəkistanın yeni hökuməti təsdiqləndi
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
Qırx mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Azərbaycanda peşəkar yazıçı yoxdur
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var
Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir
Azərbaycan əsgərinə yeməyə nə verilir? – Rəsmi açıqlama
AZƏRBAYCANDA 9 GÜN DƏRS OLMAYACAQ
Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq”
İcma: İşğal altındakı abidələrimiz “bərpa” adı altında erməniləşdirilir
Türkiyədə zəlzələ qurbanlarının sayı artır
Rusiya XİN-də Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib
ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda kişi özünə iynə vurarkən öldü
Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"
Türkiyədə iki DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ordu hazır vəziyyətə gətirildi – VİDEO
Deputatlığa namizəd Mehdi Mehdiyev şəhid Əliyoldaş Əmirəhmədovun və Gülverdi Hüseynovun anım mərasimində iştirak edib - FOTO
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Xalqımızı birliyə səsləyən mahnı - VİDEO
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?