Qarabag Media
Haqqımızda Əlaqə

"Rəsulzadə" gəmisi suya buraxıldı - FOTO/VİDEO


Tarix:7-08-2019, 11:15 Kateqoriya:Manşet / Gündəm

"Rəsulzadə" gəmisi suya buraxıldı - FOTO/VİDEO

“Palmali” Şirkətlər Qrupuna məxsus daha bir gəmi suya buraxılır.

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin adını daşıyan gəminin açılışında şirkətin prezidenti Mübariz Qurbanoğlu (Mənsimov), Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, keçmiş təhsil naziri Firudin Cəlilov, jurnalist və QHT nümayəndələri iştirak edirlər.

Tədbirin açılışında iştirak edən F.Cəlilov çıxışında belə dedi:

"Rəsulzadənin qurduğu dövlət, təəssüf ki, iki il yaşadı. Mən qürur duyuram ki, Məhəmmədəmin bəyin qaldırdığı bayrağı 70 il sonra təkrar biz qaldırdıq. Rəsulzadə işğaldan sonra mühacirətdə çoxlu kitablar yazıb. O kitablar mənim kitabxanamda var. Və bu gün qərara gəldim ki, arxivimdəki bu kitabları gəminin heyətinə hədiyyə edim".

Mübariz Mənsimov çıxış edərək qeyd edib ki, onlar üçün bu gəminin çox böyük anlamı var:

"Rəsulzadə müsəlman şərqində ilk cumhuriyyəti qurub. İnşallah, bu gəmi düzgün, şəffaf, insanların xeyrinə xidmət edən yüklər daşıyar".

Rəis Rəsulzadə isə tarixi günlə bağlı bunları deyib: "Mən xoşbəxtəm ki, bu tarixi hadisədə iştirak edə bildim. Mənim Rəsulzadə haqqında çox danışmağım yerinə düşməz. Sadəcə onu deyim ki, bəzən Rəsulzadə haqqında "quruculardan biri" ifadəsini işlədirlər, bu, doğru deyil, o qurucudur".

Daha sonra Rəis Rəsulzadə çəkdiyi bəzi rəsm əsərlərini və babası haqqında yazılmış kitabları gəminin heyətinə hədiyyə etdi.

"Rəsulzadə" gəmisi suya buraxıldı - FOTO/VİDEO

"Rəsulzadə" gəmisi suya buraxıldı - FOTO/VİDEO

"Rəsulzadə" gəmisi suya buraxıldı - FOTO/VİDEO

"Rəsulzadə" gəmisi suya buraxıldı - FOTO/VİDEO

"Rəsulzadə" gəmisi suya buraxıldı - FOTO/VİDEO


Dilqəm Əhməd
______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO