Qarabag Media
Haqqımızda Əlaqə

RAİ fransızların Qarabağda film çəkməsinə dair açıqlama yaydı


Tarix:7-08-2019, 10:59 Kateqoriya:Manşet / Qarabağ

RAİ fransızların Qarabağda film çəkməsinə dair açıqlama yaydı Rusiya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun Rusiya Xarici İşlər Nazirliyinə və Rusiya Mədəniyyət Nazirliyinə erməni separatçılarının Rusiya təmsilçiləri ilə bərabər Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağ haqqında film çəkmələri ilə bağlı müraciət yayıb. Musavat.com müraciətin mətnini təqdim edir:

"Ərazilərinin 20 faizi Ermənistan tərəfdən işğal edilməsinə baxmayaraq, Azərbaycan hər zaman Qarabağ məsələsinin dinc yolla nizamlanmasının tərəfdarı olub. 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərin azad edilməsi üçün uğurlu hərbi əməliyyatları məhz mehriban qonşu, Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olan Rusiyanın xahişi ilə dayandırdı. Bakı çox ümid edirdi ki, aprel dərslərindən sonra Ermənistan nəhayət münasiqəşənin nizamlanması üzrə imitasiyadan əl çəkərək problemin dinc yolla həlli üçün danışıqlar masasına əyləşəcək.

Azərbaycan Ordusu aprel döyüşlərində yüksək döyüş bacarığını, işğal edilmiş torpaqları hərbi yolla azad etmək qabiliyyətini nümayiş etdirdi. Həmin tarixdən 3,5 il keçməsinə baxmayaraq, Ermənistan nəinki müxtəlif bəhanələrlə sülh prosesini uzadır, eyni zamanda Azərbaycana qarşı müxtəlif pravokasiyalar həyata keçirir. Təəssüf edirik ki, bəzi hallarda ermənilər Azərbaycanla münasibətləri yüksələn xətt üzrə inkişaf edən Rusiyanı da antiazərbaycan pravokasiyalarına cəlb edə bilirlər. Bu səbəbdən Azərbaycan xalqı, eyni zamanda Azərbaycan diasporu Rusiya təmsilçilərinin ermənilərin antiazərbaycan pravokasiyalarında iştirakını anlaşılmazlıq kimi qarşılayır və təəssüfləndiyini bildirir.

Qarabağ separatçılarının antiazərbaycan pravokasiyalarından biri də Rusiyalı mütəxəssisləri Azərbaycanın işğal altında olan ayrılmaz hissəsi Qarabağ haqqında film çəkilişlərinə cəlb edilməsidir. Bir neçə gün öncə fransız aktrisası Bibi Naseri rejissor Robert Defin çəkdiyi Rusiya istehsalı olan “Valter” filmində iştirakını təsdiqləyib. Filmdə olaylar Dağlıq Qarabağda cərəyan edir. Əsərin baş qəhrəmanı iş üçün Moskvaya getsə də savaş başladığına görə vətəninə dönmək məcburiyyətində qalan ermənidir.

Qeyd edək ki, rejissor və rəssam Pobert Def Azərbaycanın Ermənistan tərəfdən işğal edilmiş Xankəndi şəhərində yaşayır. Filmin prodüseri Yekaterina Mixaylova Rusiyanın aparıcı media qurumlarından olan RİA Novostiyə müsahibəsində bildirib ki, fransız aktrisası Bibi Naseri filmdə iştiraka razılıq verib və bu, bizə filmimizi beynəlxalq məkana çıxarmaq şansı yaradır.

Beləliklə, Ermənistan dünya birliyinin tanıdığı ərazi bütövlüyü prinsipini növbəti dəfə pozur. Bu səbəbdən biz Rusiya Xarici İşlər Nazirliyinə və Rusiya Mədəniyyət Nazirliyinə müracət edərək Rusiya tərəfin filmin çəkilişində iştırakını dayandırmasını, bu filmin Rusiya dövlət büdcəsindən və Rusiyadakı fiziki şəxslərdən maliyyələşdirilməsinin qarşısını almasını, gələcəkdə filmin Rusiyada yayımına qadağa qoyulmasını istəyirik.

Bu gün Rusiya Federasiyasının ərazisində yaşayan 2 milyondan çox azərbaycanlı Rusiya Federasiyasının sosial-iqtisadi inkişafına, eləcə də Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr verir. Rusiya Federasiyası ərazisində yaşayan azərbaycanlılar əsl Rusiya vətənpərvərləridirlər və onlar Rusiyanın iqtisadi qüdrətinin artması, ölkələrimiz arasında iqtisadi, ictimai-siyasi, humanitar münasibətlərin daha da güclənməsi üçün əllərindən gələni edirlər. Bu səbəbdən Rusiya təmsilçilərinin erməni separatçılarının antiazərbaycan layihəsində iştirakı onların Rusiyaya bəslədikləri səmimi hisslərə kölgə salır.

Azərbaycan xalqı Rusiyanı dost və qardaşı ölkə kimi qəbul edir. Biz ümid edirik ki, Rusiya rəsmiləri sadalanan səbəbləri nəzərə alaraq bizim müraciətimizi cavabsız qoymayacaq Rusiya təmsilçilərini separatçı ermənilərlə bərabər film layihəsindən uzaqlaşdıracaq".

Müraciəti Rusiya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun Koordinasiya Şuraları imzalayıb.

__________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu