Qarabag Media
Haqqımızda Əlaqə

Həsən Ruhani: "İranla müharibə bütün müharibələrin anasıdır"


Tarix:6-08-2019, 14:31 Kateqoriya:Manşet / Dünya

Həsən Ruhani: "İranla müharibə bütün müharibələrin anasıdır"İran prezidenti Həsən Ruhani, İranın danışıqlar tərəfdarı olduğunu, lakin ABŞ-ın danışıqlar üçün bütün sanksiyaları ləğv etməli olduğunu deyib.

Karabakhmedia.az xəbər verir ki, Ruhani, ABŞ-ın İran lideri Ayətullah Əli Xamenei və xarici işlər naziri Zərifə qarşı sanksiyalarla danışıqlar məsələsində səmimi olmadığını göstərdiyini söyləyib.

"Deyirlər ki, ilkin şərtlər olmadan danışıqlar aparmaq istəyirlər, amma ertəsi gün Böyük İnqilab rəhbərinə (Xamenei) qarşı sanksiya tətbiq edirlər. Bəs necə danışıqlar aparaq? Danışıqları qəbul etsək, bununla bağlı son qərarı kim verəcək? Konstitusiyamızı bilirsiniz. Rəhbərin razılığı olmadan necə danışıq aparmaq olar? Sonra yenidən danışıqlar aparmaq istədiklərini deyirlər. Ardınca da xarici işlər nazirinə sanksiya tətbiq edirlər. Kiminlə danışıq aparacaqsınız? Danışıqlara cavabdeh xarici işlər naziridir. Bir gün danışıq aparmaq qərarına gəlsək, sizinlə o danışacaq” - Ruhani deyib.

Ruhani, ABŞ-la bölgədəki gərginliyə də toxunub: "İranla barışıq bütün sülhün anasıdır, İranla müharibə də bütün müharibələrin anasıdır. Bölgədəki qoşunlarınız üçün təhlükəsizlik istəyirsiz… Təhlükəsizliyə qarşı təhlükəsizlik. Bizə zərər versəniz, özünüzün də təhlükəsizlikdə olduğunuzu düşünə bilməzsiniz. Sülhə qarşı sülh, neftə qarşı neft. Neft ixracımızın qarşısını alıb, başqalarına neft satmasına icazə verə bilməzsiniz".

Ruhani İngiltərə hökumətinə də mesaj göndərib: "Reallaşdıra bilməyəcəyiniz şeylərdən danışmayın. Cəbəllütariq boğazını bizim üzümüzə bağlasanız, Hörmüz boğazı sizə açıq olmaz".

_____________________________________________________________________________________________________________-










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"