Qarabag Media
Haqqımızda Əlaqə

Astara rayonunda qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR


Tarix:6-08-2019, 13:52 Kateqoriya:Manşet / İqtisadiyyat

Astara rayonunda qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR

Astara rayonu Mərkəzi Kitabxanada “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” mövzusunda növbəti tədbir keçirilib.

Tədbir “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnarə Məhərrəmova donor təşkilat və həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına məlumat verib.
Layihənin ekperti Rəşad Həsənov layihə barədə geniş məlumat verərək, bildirib ki, Elnarə xanım artıq qeyd etdiyi kimi bu günkü layihə əsasən qadın sahibkarlığı, qadın məşğulluğu və eyni zamanda ailə institutları arasında mövcud olan bağlar və inkişaf etdirilməsi ilə bağlı məsələlərə həsr olunub. Son 100 ildə dünya iqtisadiyyatında qadın iştirakçılığı çox sürətlə artmaqdadır və hətta bəzi ölkələrdə kişilərlə bərabər səviyyəyə gəlib çıxıb ki, bu da qərar qəbul etməkdə, həm biznesdə, həm də digər sektorlarda bənzər formada özünü əks etdirir. Bizi narahat edən müəyyən məsələlər var idi ki, son illərdə ailə institularının qalıqları müəyyən qədər zəifləməyə başlayıb və bunu statistika, rəsmi göstəricilər sübut edir. Məsələn, son 8 ildə Azərbaycanda boşanmaların sayı 1,9 dəfə artıb. Deyək ki, 100 boşanma vardısa, indi hazırda 190 boşanma var. Yəni bir o qədər ciddi sürət var və yaxud son 20 il ərzində sosial iqtisadi səbəblərdən boşanma sayında 28 dəfə artım olub. Bunlar çox yüksək göstəricilərdir və narahat edici məqamlardır, hansı ki, Azərbaycan üçün, Azərbaycan icması üçün bilirik ki, ailə institutu mühüm dəyərlərdən, sütunlardan biridir və bu gün bu institutun qeyd edilən şəkildə sürətlə deqradasiya olunmasının təbbi ki, bizim gələcək dövrlər üçün inkişaf strategiyalarına da neqativ təsirləri ola bilər. Əsas məqsəd də bu problemlərin aradan qaldırılması yollarını axtarmaqdır.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkiafı Agentliyinin Masallı rayonu üzrə “KOB Dostu” Əkbər Şahverdiyev Agentliyin fəaliyyəti, kiçik və orta biznes (KOB) subyektlərinə göstərilən dəstək tədbirləri, həyata keçirilən layihələr, yaradılmaqda olan yeni dəstək mexanizmləri, KOBİA-nın mühüm layihələrindən olan “KOB Dostu” barədə məlumat verib. Özünəməşğulluq proqramı haqda məlumat verərək onu da qeyd etdi ki, Yardımlı rayonunda Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verilib. Kənd sakinləri belə müəssisələrin bölgələrdə aqrar sektorun və heyvandarlığın inkişafı, yemə olan tələbatın ödənilməsi və yeni iş yerlərinin açılması baxımından əhəmiyyətli olduğunu vurğuladı. Yaxın zamanlarda bu layihənin Astara və Lerik rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı AzKİL (Azərbaycan Kənd İnvestisiya Layihəsi) vardır ki, biz onlarla hal-hazırda qarşılıqlı əməkdaşlıq edirik. Bu layihə sırf xanımlardan ibarətdir. AzKİL Azərbaycanda 12 ildən çoxdur fəaliyyət göstərir. Ən iri və ən uzunömürlü layihələrdən hesab olunan Kənd İnvestisiya Layihəsi çərçivəsində indiyədək ölkə üzrə 2121 icma əsaslı sosial və iqtisadi infrastrukturyönümlü layihə icra olunub. Ölkəmizin regionlarının inkişafı üçün çox əhəmiyyətli hesab olunan bu layihələrin icrasına, ümumilikdə, 140,9 milyon dollar vəsait xərclənib. Layihələr 3,6 milyon nəfərədək kənd əhalisinin həyatını, sosial rifahını yaxşılaşdırmağa xidmət edib ki, bu da ölkə əhalisinin 30 faizindən çoxunu təşkil edir.

Tədbirdə iştirak edən digər qonaqlar da layihə haqqında öz fikirlərini bildirdilər və qeyd etdilər ki, rayonda sahibkar qadın çox az olsa da, qadınlar arasında sahibkarlıq fəaliyyətini artırmaq üçün İcra Hakimiyyəti və Məşğulluq Mərkəzi bu sahədə müəyyən yardımlar edir.

Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi. Bununla da regionlarda icra olunan layihənin yekun tədbiri sona çatdı.

Astara rayonunda qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR

Astara rayonunda qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR

Astara rayonunda qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR

Astara rayonunda qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR


__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”