Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan xalqı üçün çıxış yolu nədir?


Tarix:5-08-2019, 13:22 Kateqoriya:Manşet / Cəmiyyət

Azərbaycan xalqı üçün çıxış yolu nədir?Dünən olduğu kimi, hazırda da əsas problem Azərbaycan məsələsidir. Bir az da, konkretləşdirsək Azərbaycan türklərinin birdəfəlik aradan qaldırılmasıdır. Özü də, bu proses ən azı iki istiqamətdə: Azərbaycanın quzeyində və Güneyində gedir. Azərbaycanın quzeyində bu prosesi son iki əsrdə Rusiya aparmışdır və aparmağa davam edir. Rusiya Azərbaycan Türklərini məhv etmək üçün ikibaşlı iş görüb: 1) Azərbaycan Türklərinə qarşı qeyri-türklərdən daim maksimum dərəcədə istifadə etmək. Bunların da başında öncə xristian ermənilər, gürcülər gəlir. Daha sonra da müsəlman kürdlər, talışlar, ləzgilər və b. gəlməkdədir.

2) Rusya Azərbaycan Türkləri, o cümlədən də qarışıq olanlar (yarı türk ) arasında assimilyasiya işi aparmışdır və aparmağa da davam edir. Hələ çar Rusiyası dövründə mövcud olmuş rus-tatar məktəbləri, eləcə də Sovet Rusiyası dövründəki rusdilli məktəblər bu işə xidmət etmişdir və etməyə də davam edir.

Artıq Azərbaycan Respublikasında yetərincə rusdilli, ya da rus təfəkkürlü əhali formalaşıb. Bu rusdilli, ya da rus təfəkkürlü əhali arasında ermənilər və kürdlər də müəyyən yer tutmaqdadır.

Azərbaycançılıq, ya da multikulturalizm adı altında həmin kütlə Azərbaycan Respublikasında rahatlıqla hərəkət etməkdədir.

Belə olduğu təqdirdə, Azərbaycan Respublikasında türk ruhlu əhalinin əl-qolu bağlı qalmaqdadır. Sadəcə, türk ruhlu əhalinin könülünü ələ almaq üçün bir neçə şüarçı türkçüyə meydan verilib. Bu həm də, Türkiyə ilə sözdə bir millət iki dövlət siyasətinə uyğunlaşdırılır.

Faktiki olaraq, Azərbaycanın quzeyində türklük ruhunun məhv edilməsi prosesi getməkdədir. Bu isə o deməkdir ki, Türklük ruhundan uzaq Azərbaycan əhalisi müharibə istəməyəcək, üstəlik yavaş-yavaş Qarabağın de-yure itirilməsi ilə də razılaşacaqdır.

Davamı var...

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dosent Faiq Ələkbərli

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu