Qarabag Media
Haqqımızda Əlaqə

“Veysəloğlu”nun konfetindən qurd çıxdı - FOTO


Tarix:1-08-2019, 11:43 Kateqoriya:Manşet / Cəmiyyət

“Veysəloğlu”nun konfetindən qurd çıxdı - FOTO

“Veysəloğlu”nun konfetindən qurd çıxdı. Moderator.az xəbər verir ki, Mingəçevir şəhərində yaşayan sakinlərdən biri redaksiyamıza gödərdiyi fotolarda “Veysəloğlu Yaycılı Qardaşlar” MMC-ə məxsus olan “Sweet” konfetidən qurd çıxdığını bildirib. Vətəndaş bildirir ki, şəhərdəki mağazalardan birindən aldığı konfeti gecə saatlarında çay içmək üçün açarkən şoka düşüb. Konfetin içində olan qurdları görüncə dərhal fotoları çəkərək redaksiyamıza ünvanlayıb. Vətəndaş bildirir ki, mağazadan alış-veriş edərkən tez-tez vaxtı keçmiş, xarab mallarla rastlaşır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, əmtəə bazarında satılan bütün mallar qablaşdırılmalıdır, amma bu gün buna çox az firmalar riayət edir və nəticədə də bu kimi hallar baş verir:

“Nazirlər Kabinetinin 94 saylı qərarına görə Azərbaycanın əmtəə bazarında satılan bütün mallar qablaşdırılmalı, üzərində buraxılma və son yararlılıq tarixi göstərilməlidir. Lakin biz görürük ki, bəzi yerlərdə konfet və peçenyelər açıq satılır və bu isə yolverilməzdir. Ona görə də belə hallar baş verir. Bütün hallarda istehlakçı dükan sahibinə iradını bildirməli, bu cür konfetlərin satışdan yığışdırılması üçün təşəbbüs qaldırmalıdır və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir. Yaxud da bizim quruma ərizəylə müraciət etsin və həmin konfetin satışdan yığışdırılaraq məhv edilməsinə köməklik göstərək”.

“Veysəloğlu”nun konfetindən qurd çıxdı - FOTO

Vasif Əlihüseyn
_______________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"