Qarabag Media
Haqqımızda Əlaqə

Tahir Gözəl: "APOEL qarşısında çox güclü "Qarabağ" görəcəyik"- MÜSAHİBƏ


Tarix:1-08-2019, 01:01 Kateqoriya:Manşet / Müsahibə

Tahir Gözəl: "APOEL qarşısında çox güclü "Qarabağ" görəcəyik"- MÜSAHİBƏ"Bizə vaxt lazım idi. Güman edirəm ki, bu, alınacaq. Gözəl oyuna tamaşa etdik. Hesabda 1:0 önə keçməyimiz oyuna açılmağımıza səbəb oldu. Çünki qarşı tərəf də əks-hücumlarda özünü göstərmək istəyirdi. Maraqlı, gözəl matç oldu. Komandamı təbrik edirəm".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl evdə İrlandiya "Dandolk"una 3:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. Klub rəsmisi digər sualları da cavablandırıb...

"Qarabağ" APOEL səddini də keçə bilər?

- Rəqibimiz güclü klubdur, büdcəsi də bizdən yüksəkdir. APOEL hörmətə layiq rəqibdir, amma "Qarabağ"ın gücünü bu gün də gördünüz. Yeni futbolçuları mənə ləzzət edir. Hesab edirəm ki, Qurban Qurbanov düzgün siyasətlə komandanı idarə edir. Komandamız doğru yoldadır. Hesab edirəm ki, hazırkı "Qarabağ" tarixdə olan arasında ən güclüsüdür. Əminəm ki, xeyliniz mənimlə razılaşarsınız. Buna görə də addımlarımızı əmin şəkildə ataraq yolumuza davam edirik. Əlbəttə, kim nə deyə bilər ki, axır nəticə necə olacaq. Amma hesab edirəm ki, APOEL qarşısında çox güclü "Qarabağ" görəcəyik.

Tribunada azarkeşlərlə bağlı xoşagəlməz hadisə baş verdi. Bununla bağlı hansısa tədbir görüldümü?

- Mən də gördüm. Xoşagəlməz bir şey oldu. Ürəkdən narahat oldum. Amma məsələnin nə olduğunu hələ də bilmirəm.

Azarkeşlər harasa aparılıbsa, onların sərbəst buraxılması istiqamətində fəaliyyət göstərəcəksiniz?

- Burada proseslər getməlidir. Klub olaraq, hüquq-mühafizə orqanları ilə danışacaq, məsələni öyrənəcəyik ki, gələcəkdə belə hallar təkrarlanmasın. Bir-iki gənc azarkeşimiz meydana girdi. Bu hərəkət əslində bizim üçün zərərlidir. Çünki klubumuz buna görə cərimə ödəməli olacaq. Bu məsələyə da baxacağıq.

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməsəniz, necə olacaq?

- Yolumuza Avropa Liqasında davam edəcəyik. Amma gəlin, belə danışmayaq. İndi bütün diqqətlərimizi növbəti oyunlara yönəldərək, APOEL sınağından da uğurla çıxmalıyıq. Yalnız hədəfimiz budur.

APOEL-in 2012-ci il "Neftçi" ilə Kiprdə keçirdiyi Avropa Liqasının "pley-off" oyunu zamanı qalmaqal olmuşdu. Bu da "Qarabağ" adı ilə bağlı idi. Yenə eyni halın təkrarlanmasından narahat deyilsiniz?

- Xeyr. Biz yalnız öz oyunumuzu düşünürük. Komandamız oyunu, cəsarəti, keyfiyyəti və şəxsiyyəti ilə "Qarabağ" məsələsini dünyaya tanıtmalıdır. Bizim işimiz budur. Sülhməramlı klubuq. Bizim işimiz budur. Yalnız futbolla, idmanla konsentrasiya olmağa məcburuq. Cavabımızı oyunda deyəcəyik. Əlimizdə olan bütün tədbirləri görəcəyik.

___________________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi
Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı
Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
Millət vəkili Yevda Abramov vəfat etdi
Belə millət vəkillərimiz də olub!
Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...
10 hakimimiz FİFA statusunu itirdi
Kağızın keçdiyi tarixi yol
Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
Baş redaktor azadlığa buraxıldı
İmzalar içində Hadi - Elnarə AKİMOVA YAZIR
Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı
Lavrovun səfəri və regiondakı həssas balans – TƏHLİL
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib - FOTOLAR
İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi
Hafiz Hacıyev: "Partiyadan 50-60 nəfərin namizədliyini verməyi düşünürük"
Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix
Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib
Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi
Bir gündə 650 min ağac: Şamaxıdan start verildi
İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar
“Fənərbağça” komandasının fanatlarından “Traxtur”a dəstək - VİDEO
Brüsseldə Azərbaycanla bağlı dəyirmi masa
Erməni polkovnikdən ŞOK AÇIQLAMA: "Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik"
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov