Qarabag Media
Haqqımızda Əlaqə

Əlil-veteranların Masallı rayonuna istirahət turu təşkil olunub - FOTO


Tarix:1-08-2019, 00:40 Kateqoriya:Manşet / Cəmiyyət

Əlil-veteranların Masallı rayonuna istirahət turu təşkil olunub - FOTO

“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi” adlı eko-tur bu dəfə Masallı rayonuna təşkil olunub.

Karabakhmedia.az xəbər verir ki, Masallı rayonuna səfər edən Birliyin üzvləri olan müharibə iştirakçıları, əlil-veteranlar və onların ailə üzvləri “Təkdam Şəlaləsi” (Yardımlı) ilə tanış olublar.

Qarabağ müharibə iştirakçıları, əlil-veteranlar və onların ailə üzvləri 12 nəfərdən ibarət (4 nəfər işçi qrupu daxil) eko turçu Masallı rayonunda nahar fasiləsi etdikdən sonra “Təkdam Şəlaləsi”nə yola düşüb. Əsrarəngiz təbiət incisini görmək üçün onlar üçün təyin olunmuş nəqliyyatla təqribən 26 km-ə yaxın yol qət ediblər. Yarım saat sonra qarşılaşdıqları mənzərə isə yolun bütün yorğunluğu unutdurmağa kifayət edib. Tur zamanı Layihənin rəhbəri Növrəstə Yusifova öz maliyyə vəsaiti hesabına iştirakçılara xatirə olaraq “Azərbaycan bayrağı” həkk olunmuş papaqlar hədiyyə etdi.

Həmin ərazidə yerləşən çay evində çay dəsgahı təşkil olunub. Tur iştirakçıları şəlalənin yerləşdiyi ərazini gəzdikdən sonra yenidən Masallı rayonunda yerləşən “Masallı Otel”ə qayıtdılar. Şam yeməyi tur iştirakçıları üçün otel ərazisində yerləşən restoranda təşkil olundu.

Masa ətrafında əyləşən tur iştirakçılarına Layihənin rəhbəri Növrəstə Yusifova məlumat verərək bildirdi ki, Layihə çərçivəsində keçirilən turun əsas məqsədi, müharibə iştirakçıları və onların ailə üzvlərinin iqtisadi-sosial problemlərinin həlli istiqamətində istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkili, şəhərdən kənar, Azərbaycan Respublıkasının regionlarında ekoloji təmiz olan təbiət qoynunda gəzintilərin təşkili, mədəni abidələr və məkanın digər mənzərəli yerlərlə də tanış olacayıq. Tur zamanı iştirakçıların səhhətində yarana biləcək hər hansı bir problemin qarşısının almaq məqsədilə tibb işçisi də onları müşayət edəcək.

Nahar fasiləsindən öncə tib işçisi tur iştiraçıların səhhəti ilə maraqlanıb, onların təziqləri və şəkər xəstəliyi olan şəxslərin şəkər miqdarı ölçülərək, səhhətlərində yarana biləcək narahatlığın öncədən qarşısı alınıb. Nahar fasiləsindən sonra “Şirvan Regional QHT-lərin Resurs və Təlim” İctimai Birliyi monitorinq edərək, tur iştirakçılarına bəzi suallar verərək, onların təsuratları ilə maraqlanıb. Monitorinqdən sonra tur iştirakçıları ilə birgə xatirə şəkli çəkildi.

Bununla da “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların təşkili” adlı Masallı rayonu üçün nəzərdə tutulan tur başa çatdı.

Əlil-veteranların Masallı rayonuna istirahət turu təşkil olunub - FOTO

Əlil-veteranların Masallı rayonuna istirahət turu təşkil olunub - FOTO

Əlil-veteranların Masallı rayonuna istirahət turu təşkil olunub - FOTO

Əlil-veteranların Masallı rayonuna istirahət turu təşkil olunub - FOTO

_________________________________________________________________________________________________













SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"