Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəmanlar Aqil Məmmədovun və Fəxrəddin Musayevin doğum günüdür


Tarix:29-07-2019, 23:53 Kateqoriya:Manşet / Qəhrəmanlar

Milli Qəhrəmanlar Aqil Məmmədovun və Fəxrəddin Musayevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanları Aqil Məmmədovun və Fəxrəddin Musayevin doğum günüdür.

Aqil Məmmədov 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açmışdır. 1984-cü ildə Qubadlı rayonunda 2 saylı orta məktəbi bitirdikdən sonra, təhsilini 126 saylı Xanlıq texniki-peşə məktəbində davam etdirmişdir. O, Füzuli şəhərində sürücülük peşəsinə də yiyələnmişdir. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlamışdır.

Aqil Məmmədov 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq doğma yurda qayıtmışdır. Aqil Məmmədov Qubadlı rayon özünümüdafiə taboruna qoşulmuşdur. Ermənistanla səhrəd kəndlərin müdafiəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınmışdır. O, dəfələrlə cəsur kəşiyyatçı yoldaşları ilə birlikdə Ermənistanın Qafan və Gorus rayonlarına keçərək, çoxlu hərbi girovla geri qayıtmışdır. 1992-ci il iyun ayında dörd nəfər laçınlının girov aparılması onu hədsiz dərəcədə hiddətləndirir. O, girovları geri qaytarmaq üçün öz dəstəsi ilə əməliyyata başlayır. Bir neçə saatdan sonra bir erməni zabitini ələ keçirərək rayon mərkəzinə gətirirlər. Elə həmin gün ermənilər dörd laçınlını erməni zabiti ilə dəyişməyə məcbur olurlar. O, dəfələrlə belə şücaətlər göstərmiş və hərbi hissədə ad-san qazanmışdı. 1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyinə hücum edilməli idi. Hər şey isə kəşfiyyatçılardan asılı idi. Aqil öz dəstəsi ilə tapşırığı müvəffəqiyyətlə yerinə yetirib geri dönərkən, gözlənilmədən mühasirəyə düşür. O, öz dəstəsini bu çətin vəziyyətdən çıxarmaq üçün müxtəlif yollar düşünür. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv edərək, mühasirəni cəsarətlə yarırlar. O, döyüş dostlarına qarşı tərəfin minalandığını bildirir. Amma tale onun bəxtinə gülmür. Bir qədər getdikdən sonra özü minaya düşərək ağır yaralanır. Yoldaşları onu təhlükəli yerdən çıxarmağa çalışırlar. Lakin çoxlu qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmur.

Aqil Məmmədov 5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı Heydər Əliyevin 457 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Qubadlı rayonu Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Aqil Məmmədovun təhsil aldığı 2 saylı orta məktəb onun adını daşıyır. Hazırda bu məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir. Qubadlıda və Gəncədə adına küçələr var.

Ailəli idi. 1 qız övladı yadigar qalıb.

Fəxrəddin Musayev 30 iyul 1957-ci ildə Türkmənistanın Bayraməli şəhərində dünyaya göz açmışdı. 1974-cü ildə orta məktəbi bitirəndən sonra Qorki Politexnik İnstitutunun gəmiçilik fakültəsinə qəbul olunmuşdu. Bir il sonra orduya çağırılmış, hərbi xidmətini əvvəlcə Çexoslovakiyada, sonra Rusiyada keçmişdi. Tərxis olunduqdan sonra Bakıya gəlib Məişət Kondisionerləri Zavodunda işləmişdi. 1979-cu ildə Sasovski adına Mülki Aviasiya məktəbinə daxil olmuş, 1982-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək Zabrat-2 Aviasiya İdarəsində öz ixtisası üzrə işə başlamışdı.

1987-ci ildə Kremençuq Hava Uçuş Məktəbində vertolyotun idarə olunması ixtisası üzrə təhsilini davam etdirmək istəyib. Amma erməni təcavüzünün başlanması, Milli Orduya ixtisaslı kadrlar tələb olunduğu dövrdə Fəxrəddin təhsilini yarımçıq qoyaraq yenidən Vətənə dönüb cəbhəyə yollanır. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonu istiqamətində düşmənə raket zərbələri endirərkən şəhid oldu. Bakıda, Şəhidlər xiyabanında dəfn edilib.

Vətənsevərliyi, döyüşlərdə göstərdiyi igidlik layiqincə qiymətləndirilib: Musayev Fəxrəddin Musa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Qusar rayonundakı mərkəzi küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Hər il xatirəsi anılır, Milli Qəhrəmanın həyat və fəaliyyəti, keçdiyi şanlı döyüş yolu gənclər tərəfindən sevə-sevə öyrənilir.

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu