Qarabag Media
Haqqımızda Əlaqə

Millət vəkili Ermənistanın törətdiyi vandalizm aktlarından danışıb və onlara çağırış etdi


Tarix:29-07-2019, 12:26 Kateqoriya:Manşet / Siyasət

Millət vəkili Ermənistanın törətdiyi vandalizm aktlarından danışıb və onlara çağırış etdiMillət vəkili Q.Paşayeva Beynəlxalq Qadın tədbiri çərçivəsində dünyanın tanınmış qadın təşkilat rəhbələrinə işğalçı Ermənistanın törətdiyi vandalizm aktlarından danışıb və onlara çağırış edib.

Millət vəkili Q.Paşayeva Beynəlxalq Qadın tədbiri çərçivəsində dünyanın tanınmış qadın təşkilat rəhbələri ilə görüşüb, onlara işğalçı Ermənistanın törətdiyi vandalizm aktlarından danışıb və onlara çağırış edib. Millət vəkili onlara Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib və fikir mübadiləsi aparılıb. Millət vəkili bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar, işğalçı ölkənin qeyri-qanunu girov saxlamaqda davam etdiyi azərbaycanlı məcburi köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə məlumatlar verən millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, dünyada tanınmış təşkilat rəhbərləri, QHT və KİV rəhbərləri qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər.

Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. Qənirə Paşayeva görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. Millət vəkili ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınların cəmiyyətdə rolu ilə bağlı da danışıb və fikir mübadiləsi olub. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib.

Qənirə Paşayeva görüşlər zamanı prezident İlham Əliyevin rəhbərliyi ilə qadınlar, uşaqlar, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə də məlumatlar verib. Azərbaycanın iqtisadi və turizm inkişafı barədə də məlumatlar verən Qənirə Paşayeva tanınmış təşkilat, QHT və KİV rəhbərləri qadınları Azərbaycana dəvət edib. Onlar dəvəti böyük məmuniyyətlə qəbul edərək böyük məmnuniyyətlə Azərbaycana səfər etmək və daha yaxından tanımaq istədiklərini bildiriblər.

Millət vəkili görüşlərdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündəəks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları xarici ölkələrin fəal xanımlarına təqdim edib.

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Şirməmməd Hüseynovun məzarı ziyarət edildi
AZƏRBAYCAN TÜRK FƏLSƏFƏSİNİN PROBLEMLƏRİ VƏ HƏLL YOLLARI - II YAZI
Deputatlığa namizədlər büdcədən nə qədər pul alacaqlar? – MƏBLƏĞ
“Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirilib
Daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
Zelenskinin Azərbaycan səfərinin TƏFƏRRÜATLARI
Müsavat-ın namizədləri seçkilərə bu dairələrdən gedir - Adlar AÇIQLANDI
İrandan Türkiyəyə köçən orta təbəqə qrupundan olan insanların sayı kəskin surətdə artıb
Uşaq İnkişaf Mərkəzində baş vermiş partlayışla bağlı açıqlama
Şairə Gilə Əliqızının "Dünyada əmanətəm"i təqdim olundu - FOTOLAR
“Kəlbəcər” adlı tanker istifadəyə veriləcək
İstanbulda Behbud xan Cavanşirə abidə ucaldılıb
Cenevrədə Qaçqınlar üzrə ilk Qlobal Forum başlayır
Ərdoğan: "ABŞ-ın Türkiyədəki hərbi bazalarının bağlanması aktualdı"
YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ
“Babaları belə, həyatda olmayan senatorların 1915-ci il hadisələrini mühakimə etmələri qəbuledilməzdir”
Mingəçevirdə qardaş qardaşı bıçaqladı
Döyüşçü, hökmdar, məhkum və sürgün qadın
Dekabrın 16-na olan hava proqnozu
900-dən artıq qaçqın Suriyaya döndü
Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu
Yeni metrostansiyanın açılış tarixi bilindi
Azərbaycan və İran arasında viza rejiminin ləğvi gündəlikdədir - İran XİN
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
"Belə çıxır ki, Ermənistan XİN rəhbəri görüşlərə sanki çay içməyə gəlir"
İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
Əlcəzairin yeni prezidenti məlum olub
Gürcü tarixçi İrəvan xanlığı haqda kitab yazdı