Qarabag Media
Haqqımızda Əlaqə

Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO


Tarix:17-07-2019, 15:31 Kateqoriya:Manşet / Gündəm

Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO

İham Qəhrəman: “Bu, bəlkə də laçınsız laçınlılar üçün “qu quşunun son nəğməsi”dir...”

Dünən –iyulun 16-da Laçın rayonundan məcburi köçkün olan bir qrup ziyalı Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın Azərbaycandakı səfirliklərinə yollanaraq işğal altındakı torpaqların azad edilməsi ilə bağlı rayon sakinlərinin etiraz bəyanatlarını təqdim ediblər.

Bu barədə Moderator.az əməkdaşına aksiyanın təşkilatçılarından biri, tanınmış laçınlı şair-publisist İlham Qəhrəman məlumat verib:

“Öncə biz ABŞ səfirliyinə yollandıq. Polislər bizim ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və torpaqlarımızın işğaldan azad edilməsi tələbi ilə bağlı etiraz bəyanatımızı səfirlik əməkdaşlarına çatdırdı. Bir müddət gözlədikdən sonra səfirin siyasi məsələlər üzrə məsləhətçisi bizimlə görüşə çıxdı. Tərcüməçi ona bəyanatda ifadə olunan fikirlərimizi çatdırdı. Biz qaçqınların öz ata-analarımızın məzarlarını da görüb ziyarət etmək üçün torpaqlarımıza dönmək arzumuz haqda danışanda tərcüməçinin özü də kövrəldi...”

Köçkün şair-publisist bildirib ki, səfirin müşavirinə özünün müəllifi olduğu “Laçın folkloru” kitabını da çatdırıb, o da bundan çox məmnun olub.

“Onu da vurğulayım ki, biz ən mədəni tərzdə ABŞ səfirliyində qarşılandıq. Zənnimcə, burada bütün diplomatik nəzakət qaydalarına riayət olundu”- həmsöhbətimiz belə deyib.

Sonra məcburi köçkün ziyalılar Rusiya səfirliyinə yollanıb.

“Rusiya səfirliyində bizi xeyli laqeyd qarşıladılar. Bəyanatımızın məzmunu ilə tanış olan səfirliyin komendantı rusca belə dedi: “Bu kağız bizim üçün deyil...”
Ona izah etməyə çalışdıq ki, biz buraya həmsədr ölkələrdən birinin səfirliyi olduğu üçün gəlmişik. Bundan sonra komendant içəri keçərək bəyanatı kiməsə göstərib qayıtdı və yenə də dedi ki, bu, sənəd bizim üçün deyil. Biz bir daha təkid etdikdən sonra içəridən digər bir səfirlik əməkdaşı gəlib eyni sözü təkrarladı. O, dedi ki, biz birbaşa Rusiya Xarici İşlər Nazirliyinə müraciət yollasaq, yaxşı olar. Polislər isə məsləhət gördülər ki, bəyanatı poçtla birbaşa səfirin adına göndərin...” -İ.Qəhrəman bildirib.

Daha sonra laçınlı ziyalılar Fransa səfirliyinə gedib.

“Bizi burada da ilk olaraq polis qarşıladı. Daha sonra bəyanatımızı qəbul etdilər. Və dedilər ki, sizə ya telefonla yaxud yazılı şəkildə cavab veriləcək. Bizdə prosedur belədir...”

Sonda köçkün ziyalı şair-publisist bu günkü aksiyaları barədə səfirliklərdən birində polislərə də söylədiyi bir cümlə işlətdi: “Bu, bəlkə də laçınsız laçınlılar üçün “qu quşunun son nəğməsi”dir...”



Sultan Laçın
_____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib