Qarabag Media
Haqqımızda Əlaqə

Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”


Tarix:16-07-2019, 23:28 Kateqoriya:Manşet / Siyasət

Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”“Keşikçidağ məbədində gürcülərlə Azərbaycan sərhədçiləri arasında baş vermiş insident böyük narahatlıq doğurmaqdadır. Əminəm ki, Gürcüstan rəhbərliyi məsələni çox ciddi araşdıracaq, günahkarlar qanun qarşısında cavab verəcəklər. Elə tədbir görülməlidir ki, gələcəkdə bu sayaq xoşagəlməz hallar yaşanmasın. Ümumiyyətlə, millətindən, vətəndaşlığından asılı olmayaraq Gürcüstanla Azərbaycan arasına nifaq salmağa cəhd edən hər bir kəs qanun qarşısında məsuliyyət daşımalıdır”.

Karabakhmedia.az xəbər verir ki, bu fikirləri Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov bildirib.

Deputatın sözlərinə görə, həssas çoğrafi mövqedə yerləşən Azərbaycan və Gürcüstan strateji tərafdaş ölkələrdir:

“Xalqlarımızı qədim tarixə malik möhkəm dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Regionumuz nəhəng beynəlxalq layihələrin reallaşdığı məkandır. Bu məkanda başlıca söz sahibi Azərbaycan və Gürcüstandır. Hər iki ölkə regionun mühüm sabitlik təminatçıları olaraq çıxış edirlər. Bu mövqeyimizi gözü götürməyənlər də az deyil.

Bəzi gürcü din nümayəndələri, gürcü olmayan, sonradan gürcüləşmiş şəxslər, reytinqləri kifayət qədər aşağı olan partiyalar Keşikçidağ məsələsini şişirdərək, onu sanki Gürcüstan hakimiyyətinin görməli olduğu ən mühüm vəzifə kimi dəyərləndirirlər, mövcud xüsusda ittihamlar yağdırırlar. İstəkləri Azərbaycan və Gürcüstan cəmiyyətində gərginlik yaratmaqdır.

Mən məsələnin kökünü dərində görürəm. Şərqi Qərb ilə birləşdirən, konkret olaraq Çinlə Avropanın yeni, əslində isə qədim olan ticarət yolunun Azərbaycan və Gürcüstan üzərindən keçməsi, habelə regionumuzun Avropanın enerji təminatında ciddi rol oynaması müəyyən güc mərkəzlərinin mənafelərinə uyğun deyil. Gərginliyin yaranmasında məhz onlar maraqlıdırlar. Burada erməni faktorunu da unutmaq olmaz. Ermənilərə Azərbaycan-Gürcüstan dostluğu, nəinki Azərbaycanın, eləcə də Gürcüstanın güclü olması sərf etmir. Ermənilər bu gün də Gürcüstana qarşı torpaq iddiasındadırlar. Yada salım ki, 2008-ci ildə baş vermiş müharibədə abxazların və osetinlərin tərkibində Gürcüstana qarşı çoxlu sayda erməni də döyüşüb. Bu, danılmaz faktdır.

Mən əminəm ki, Azərbaycan və gürcü xalqları həmişə olduğu kimi, yenə də müdriklik nümayiş etdirəcək, qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin sarsılmasına yönələn təxribata imkan verməyəcəklər. Eyni zamanda hər iki ölkənin media nümayəndələrinə hadisələrə soyuq başla yanaşmağı, xalqlarımızı birləşdirən məsələlərinin işıqlandırılmasına daha çox üstünlük vermələrini tövsiyə edərdim”./modern.az/

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”