Qarabag Media
Haqqımızda Əlaqə

"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"


Tarix:16-07-2019, 22:58 Kateqoriya:Manşet / İdman

"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik""Penalti seriyası oyunun gedişatından asılıdır. Yenə qolsuz heç-heçə qeydə alına bilər və ona görə də 11 metrlik zərbələrə də hazırlaşmışıq".

"Report" xəbər verir ki, bunları Albaniyanın "Partizani" komandasının baş məşqçisi Franko Lerda "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu ərəfəsində söyləyib.

"Dalğa Arena"da mətbuat konfransına qatılan italiyalı mütəxəssisin sözlərinə görə, məqsədləri növbəti mərhələyə yüksəlməkdir: "İlk matç geridə qalıb. Bakıya turist kimi gəlməmişik. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni etməyə çalışacağıq. Sabah qalib gələcəyimizə 100 faiz əmin deyilik. "Qarabağ"ın büdcəsi "Partizani"dən qat-qat üstündür. Rəqibə hörmətlə yanaşırıq. Biz də öz bacarığımızı göstərmək istəyirik. İlk oyun "Qarabağ" haqqında bildiklərimizi təsdiqlədi. Futbolçuları fərdi baxımdan çox yaxşıdırlar. Böyük təcrübəyə malik komandadır".

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu saat 21:00-da başlanacaq. Bu komandalar arasında Tiranada baş tutan ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.

_____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi
Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı
Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
Millət vəkili Yevda Abramov vəfat etdi
Belə millət vəkillərimiz də olub!
Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...
10 hakimimiz FİFA statusunu itirdi
Kağızın keçdiyi tarixi yol
Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
Baş redaktor azadlığa buraxıldı
İmzalar içində Hadi - Elnarə AKİMOVA YAZIR
Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı
Lavrovun səfəri və regiondakı həssas balans – TƏHLİL
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib - FOTOLAR
İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi
Hafiz Hacıyev: "Partiyadan 50-60 nəfərin namizədliyini verməyi düşünürük"
Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix
Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib
Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi
Bir gündə 650 min ağac: Şamaxıdan start verildi
İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar
“Fənərbağça” komandasının fanatlarından “Traxtur”a dəstək - VİDEO
Brüsseldə Azərbaycanla bağlı dəyirmi masa
Erməni polkovnikdən ŞOK AÇIQLAMA: "Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik"
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov