Qarabag Media
Haqqımızda Əlaqə

Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı


Tarix:15-07-2019, 12:48 Kateqoriya:Manşet / Gündəm

Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldıNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Gəncə şəhərində Xocalı və Kəlbəcər rayonundan olan 600 məcburi köçkün ailəsinin məskunlaşdığı qəsəbənin telefonlaşdırılması başa çatdırılıb.

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 448 nömrə tutumuna və 256 internet portuna malik ONU (Optik Network Union - Optik Şəbəkə Nöqtəsi) tipli avadanlıq quraşdırılıb. 2130 metr fiber–optik kabel çəkilərək birləşdirici xəttin tikintisi həyata keçirilib, daxili xətt şəbəkəsinin qurulması üçün müxtəlif tutumlu 9318 metr kabel çəkilib.

Qəsəbədə 227 ədəd rabitə dirəkləri basdırılıb, 60 ədəd kabel meydançası və 60 ədəd abonent qutusu, eyni zamanda 600 metr uzunluğunda qazıntı işləri aparılaraq 2 kanallı kabel-kanalizasiya qurğusu tikilib istifadəyə verilib.

3280 metr müxtəlif tipli kabellərdən istifadə olunmaqla tikinti-montaj işləri başa çatdırılıb. Yeni abunəçilərin internetə qoşulması üçün müasir avadanlıq istismara verilib. Bununla da, qəsəbə sakinlərinin rabitə xidmətlərinə olan tələbatı təmin edilib.

Bundan sonra da telefonlaşmayan ərazilərdə bu kimi layihələrin həyata keçirilməsi istiqamətində planlı işlər davam etdiriləcək.

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib
SOCAR və “Uzbekneftqaz” birgə müəssisə yaradacaq
İlham Əliyev Sumqayıt bulvarında yaradılan şəraitlə tanış olub
Bəxtiyar Hacıyev Ata Abdullayevin Paşinyanla görüşündən yazdı
Cəsədi döyüş meydanında qalan 19 yaşlı şəhid - Milli Qəhrəman Mehman Sayadovun doğum günüdür
BDU-nun yataqxanasında ölən qızın kimliyi bilindi + YENİLƏNİB
Kliniki Tibbi Mərkəzin baş həkimi: "Zəhərlənən tələbələr şok vəziyyətindədirlər"
Ağır iqtisadi vəziyyətdə olan İran Rusiyadan 5 milyard dollar kredit istəyib
Əli Əsədovdan ikili diplomla bağlı QƏRAR
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
Prezident Sumqayıtın 70 illiyinə həsr olunan tədbirdə iştirak edib
Tehran ABŞ-a nota göndərib
Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə getdi
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı