Qarabag Media
Haqqımızda Əlaqə

İranda yaraqlı kürdlərlə baş verən qarşıdurmada 1-i “Sepah”çı olmaqla 6 nəfər həlak olub


Tarix:12-07-2019, 12:24 Kateqoriya:Manşet / Dünya

İranda yaraqlı kürdlərlə baş verən qarşıdurmada 1-i “Sepah”çı olmaqla 6 nəfər həlak olub

İranın Kirmanşah əyalətində müxalif yaraqlı kürdlərlə “Sepah” qüvvələri arasında baş verən silahlı qarşıdurmada 6 nəfər həyatını itirib.

Bu barədə “Sepah”ın quru qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsi iyulun 11-də bəyanat yayıb.

Bəyanatda bildirilir ki, hadisə iyulun 10-u axşam saatlarında Kirmanşah əyalətinin Cavanrud məntəqəsində baş verib: “Terrorçu bir dəstənin üzvləri sərhəddi qanunsuz keçərək ölkə ərazisinə girməyə cəhd edərkən “Nəcəf-i Əşrəf” qərargahı qüvvələri tərəfindən mühasirəyə anılaraq məhv ediliblər. Atışma zamanı 5 terrorçu öldürülüb və onlardan qalan külli miqdarda silah-sursat və digər hərbi avadanlıqlar ələ keçirilib” –deyə bəyanatda bildirilir.

Yayılan məlumatda həmçinin bildirilir ki, silahlı dəstə üzvləri ilə qarşıdurmada 1 “Sepah”çı həlak olub. Öldürülən “Sepah”çının adı açıqlanmayıb.

Qeyd edək ki, “Sepah” qüvvələri ilə yaraqlı küdlər arasında üç gün əvvəl də qarşıdurma yaranmışdı. İyulun 9-da İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərində yaraqlı kürdlərin “Sepah” avtomobilinə qarşı hücumunda 3 ”Sepah”çı öldürülmüş, 1-i yaranmışdı. “Sepah” avtomobilinə hücum edən müxalif kürdlər hadisə yerindən qaça bilmişdilər.

_______________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib