Qarabag Media
Haqqımızda Əlaqə

Məşhur Kursk tank döyüşündə həqiqətən böyük zəfər qazanıldımı?


Tarix:12-07-2019, 12:19 Kateqoriya:Manşet / Tarix

Məşhur Kursk tank döyüşündə həqiqətən böyük zəfər qazanıldımı?

Hərb meydanında almanların deyil, rusların darmadağın olduğu deyilir

İkinci dünya müharibəsinin ən böyük tank döyüşündə Qırmızı ordunun “möhtəşəm qələbəsi” barədə öyərədilənlər tamamilə yalanmış.

Bu iddia ilə Almaniyanın “Die Welt” qəzeti çıxış edib. Qəzet 1943-cü ilin iyulun 12-də Proxorovka çölündə baş verən döyüşün fərqli nəticə ilə sonlandığını alman kəşfiyyatının əldə etdiyi fotoşəkillərlə sübuta yetirildiyini bildirir.

“Proxorovka çölündəki qələbə şərəfində ucaldılmış ağ kilsə zəngi və onun üzərindəki Məryəm ana fiquru dərhal sökülməlidir”,-deyə məqalə müəllifi Sven Feliks Kellerxof yazır.

Müəllifin sözlərinə görə ümumiyyətlə həmin vaxt heç bir iri tank döyüşü baş verməyib. Sovet ordusunun 29-cu tank korpusuna aid 200 tank sadəcə olaraq alman mövqelərinə kamikadze yürüşü həyata keçiriblər.

Bununla bağlı alman hərb tarixçisi Karl-Haynts Frizer dəfələrlə yazıb. İndi isə onun mövqeyi britaniyalı həmkarı Ben Utli tərəfindən dəstəklənir.

Sonuncu ABŞ-ın Merliend ştatında yerləşən Kollec-parkın milli arxivində Almaniyanı şərq cəbhəsindəki bir neçə kəşfiyyat fotoşəkli aşkar edib. Burada Proxorovkada sovet tanklarının üzləşdiyi dəhşətli məğlubiyyətin izləri görünür.

“Ümumiyyətlə rəsmi versiyaya görə 1943-cü ilin iyul ayının 12-də, bazar ertəsi günü Almaniyanın “Sitadel” hücum əməliyyatı gedişində iki süvari (zirehli) ordular üzə üzə gəlib və bu döyüşdə 850 sovet , 800 alman tankı iştirak edib. Sovet təbliğatına inanılsa həmin savaşda Vermaxtın 400 hərbi maşını məhv edilib.

Məşhur Kursk tank döyüşündə həqiqətən böyük zəfər qazanıldımı?

Lakin əslində isə 676 sovet tankına qarşı 186 alman döyüş maşını çıxıb. Həmin gün Qırmızı ordu 235, almanlar isə cəmi 5 tank itirib. Özü də bütün bunlar cəmi bir neçə kvadart kilometrlik ərazidə baş verib.”,-deyə məqalədə bildirirlir.

Əsas döyüş yeri isə “252,2” yüksəkliyindən qərbdə baş verib. İyul ayının 12-nin səhəri sovet tankları metal lava kimi 252,2 yüksəkliyindən aşağıya doğru axışdığı zamanı dərniliyi 4,5 olan çuxura doğru düşüblər.Belə bir süni xəndək əslində komandir Pavel Rotmistrovun xəritələrində qeyd olnubmuş, lakin o buna məhəl qoymayıb.

Hər bir halda onun tankları olduqca dar yerə cəmlənib ki, bu da onları çuxurun iki tərəfində də pusqu quran almanlar üçün ideal hədəf halına gətirib.

“T-34-lərdən gələn avlovlar, ölü və yaralılar əsl cəhənnəmi xatırladırdı”,-deyə döyüşdə iştirak etmiş Almaniyanın xarici işlər nazirinin oğlu Rudolf fon Ribbentrop yazırmış.

“Mixael Vittmannın komandanlığı altında Cəmi 4 “Pələng” tankımız 55 rus tankını məhv etdi. Döyüşdən sonrakı mənzərə əsl tank məzarlığını xatırldadırdı”,-deyə o qeyd edib.

Məqalədə yazıldığına görə, alman generalı bu cür möhtəşəm zəfərə əvvəlcə inanmadıqları üçün bölgəyə bir neçə kəşfiyyatçı təyyarə göndəriblər. B.Utlinin aşkar etdiyi də məhz 1943-cü ilin iyul ayının 14 və 15-də, habelə avqustda havadan çəkilən fotolardır.

“Burada açıq aşkar tank əleyhinə xəndək və 252,2 yüksəkliyi arasında yüzdən çox əzilmiş T-34 tankı görünür. Bundan bir qədər aralıda şimal qərb istiqamətində is B.Utli Vitmanın “Pələng”lərinin yox etdiyi 32 T-34, 12 T-70, və 11 Böyük Britaniyanın sovetlərə verdiyi tanklarının şəkillərini aşkar edib”,-deyə məqaləni sonunda qeyd olunub.

Karabakhmedia.az

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB
Diaspor Komitəsi İstanbuldakı Mübariz İbrahimov adına məktəbin problemlərini nəzarətə götürdü
Nuri Paşanın 1920-ci ildə Böyük Britaniya mətbuatına verdiyi MÜSAHİBƏ
Prezdent Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında