Qarabag Media
Haqqımızda Əlaqə

Raquf Orucovun xanımı: “Şəhid övladlarının yarasına məlhəm olmağa çalışırıq”


Tarix:11-07-2019, 14:47 Kateqoriya:Manşet / Cəmiyyət

Raquf Orucovun xanımı: “Şəhid övladlarının yarasına məlhəm olmağa çalışırıq”

“Elə şəhid övladı var ki, atası öləndən sonra doğulub. Sevgi və dəstəkdən başqa bu itkini biz heç nə ilə əvəz edə bilmərik”.

Bunu “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova Modern.az saytına danışarkən söyləyib.

“Bildiyimiz kimi 1990-cı illərdən bəri Azərbaycan müharibə şəraitində yaşayır. Bu işğala qarşı daim mübarizə aparan oğul və qızlarımız olub və olmaqda da davam edir. Biz bu işğalla barışmadıq . 90 cı illərdən bugünkü günə qədər 20 minə yaxın şəhid vermişik, sağ qalan qazilər və müharibə veteranlarımız da var. Elə ixtisaslaşmış qeyri-hökümət təşkilatları var ki, bu sahədə əllərindən gələni əsirgəmirlər. Mən bu illərdə o təşkilatlardan çox şey öyrəndim. Bu istiqamətdə fəaliyyət göstərən bir çox təşkilatları - Qarabağ Qaziləri, Əlillər Cəmiyyəti, Şəhid Ailələri və Veteranlar Cəmiyyətini misal gətirə bilərəm”.

Sevinc Orucova “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin aprel döyüşlərindən sonra yarandığını və uzun yol keçdiyini bildirir.

“Bizim əsas məqsədimiz döyüşdə həlak olan qəhrəmanların xatirələrin yaşatmaq, eyni zamanda onların ailələrinə maddi və mənəvi dəstək olmaqdır. Sosial, psixolojı baxımdan da yanaşaraq istəyirik ki, şəhid ailələri özlərini tək hiss etməsinlər . Mənə elə gəlir ki, müharibə şəraitində yaşayan bir dövlət üçün bu cür təşkilatların yaranması bir zərurətdir. Bir həqiqət var o da Dağlıq Qarabağ məsələsidir. Hər bir vətəndaşın da istəyi odur ki, doğma torpaqlarımız azad olunsun. Çünki Qarabağa gedən yol şəhidlərimizin qanı üzərində qurulub. Mən özüm də şəhid ailəsiyəm. Qarabağ müharibəsində həyat yoldaşım Raquf Orucovun əvvəlcə anası, sonra dayısı, özü isə Aprel döyüşləri zamanı əsgərinin gözü önündə qəhrəmancasına şəhid oldu. Biz bu ağrını və itkini daha yaxşı anlayırıq. Biz bir -birimizə kömək etməyi özümüzə vətəndaşlıq borcu hesab edirik. Şəhid olmaq da Raqufun vətən qarşısında borcu idi verdi və getdi. Adətən insanlar şəhid ailəsinin adını eşidəndə ailə başçılarını itirdiyi üçün kövrəlir. Ancaq bir şeyi unutmamaq lazımdır ki, şəhid ailələri hərəsi bir qəhrəman yetişdirib. Təşkilatın əsas idea xətti , gənclər arasında tanıdılmasıdır. 2016 ci ildə Aprel döyüşlərində şəhid olanların əksəriyyəti yüksək rütbəli zabitlər, əsgərlər idi. Bunların hər biri gəncliyimiz üçün bir örnəkdir. Mənə elə gəlir ki, bunları təbliğ etmək, şəhidlərin həyat yolunu göstərmək gənclərə bir stimuldur”.

Şəhid Raquf Orucovun xanımı “Zəfər” Birliyinin gördüyü işlərdən müfəssəl məlumat verir.

“Universitetlərdə, orta məktəblərdə anım tədbirləri həyata keçirilir. Bu işdə əlbəttə ki, gənclərimiz ,Asan könüllülər, Gənclər Fondu bizə çox böyük köməklik göstərir. Hər bir şəhid ailələsinin qapısına baş çəkir, onlara maddi və mənəvi dəstək göstərir. Mən sevinirəm ki, gənclərimiz düzgün qapını döyməyi bacarırlar. Bu özü vətənpərvərlik ruhunu aşılamaq üçün bir siyasətdir. Həmçinin qəhrəmanlar haqqında kitablar çap edilir, filmlər çəkilir. Bu sevindirici bir haldır ki, dövlət bu sahədə atılan hər bir addıma dəstəkdir. Biz çalışırıq ki, şəhid övladları diqqətdən kənar qalmasın. Çünki onların aldığı zərbəni, itkini heçbir şeylə əvəz edə bilmərik . Aldıqları yaraya cüzi də olsa məlhəm olmağa çalışırıq. Ata itkisini heç bir maddiyatla geri almaq olmur”.

Sevinc Orucova Heydər Əliyev Fondunun təşkilata xüsusi diqqətindən söz açır.

“Rabitə və Yüksək Texnologiyalar nazırliyinin təşkilatçılığı ilə tədbirlər həyata keçiririk. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə şəhid övladları üçün İsmayıllı rayonunda yay düşərgəsi təşkil edəcəyik. Tədbirlər və layihələrimiz çoxdur. Bu işdə isə bizə ən böyük dəstək verən Heydər Əliyev fondudur. Fondun dəstəyi ilə biz xəstə olanlara, yaralı qazilərə və şəhid uşaqlarına köməklik göstərmişik. Nə zaman müraciət ediriksə tez bir zamanda məsələyə baxılır. Fondun prezidenti Mehriban xanımın bu mövzuya çox həssas yanaşır, nə qədər xəstə yaralı zabitlərimiz fondun sayəsində xaricə müalicəyə göndərilib. Bu qayğı bizə daha da qol qanad verir”.

Jalə QƏHRƏMANQIZI

_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB