Qarabag Media
Haqqımızda Əlaqə

"İslam Sivilizasiyası Qafqazda" - Beynəlxalq Simpoziumuöz işinə başlayıb


Tarix:11-07-2019, 13:44 Kateqoriya:Manşet / Gündəm

"İslam Sivilizasiyası Qafqazda" - Beynəlxalq Simpoziumuöz işinə başlayıb

Bu gün Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumu öz işinə başlayıb.

Karabakhmedia.az xəbər verir ki, Aİİ-dən Trend-ə verilən məlumata görə, öncə Simpozium iştirakçıları Fəxri xiyabana gələrək, Ümummilli Lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül çələngləri düzüblər. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da ruhu anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.

Məlumat üçün bildirək ki, "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumu 11-12 iyul 2019-cu il tarixdə keçiriləcək. İki gün sürəcək Simpozium açılış mərasimi və panellərlə davam etdiriləcək. Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı və Qafqazda İslam sivilizasiyası mövzusu üzrə fəaliyyət göstərən alim, tədqiqatçı və ekspertlərin Simpoziumda məruzələrlə çıxışları nəzərdə tutulur.

Qeyd edək ki, "İslam Sivilizasiyası Qafqazda" I Beynəlxalq Simpoziumu ulu öndər Heydər Əliyevin 22 fevral 1998-ci il 755 nömrəli Sərəncamına əsasən, 9-11 dekabr 1998-ci il tarixdə Bakıda keçirilib.

İki gün davam edəcək Beynəlxalq Simpozium açılış mərasimi və panellərlə davam etdiriləcək.

Tədbirdə 100-dən çox məruzəçinin məruzələri 11 paneldə - "İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri"; "Qafqazda İslam elmlərinin inkişafı"; "Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı"; "Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu"; "Qafqazda İslamın yayılması"; "Qafqazda multikulturalizm"; "İslam Sivilizasiyası Qafqazda" araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər; tarixi mənbələr; sənədlər və artefaktlar; mövzu üzrə akademik əməkdaşlıq"; "Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu"; "Çar Rusiyasının Qafqazda İslam siyasəti"; "Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu" mövzularında dinləniləcək.

Konfransın materialları kitab şəklində çap olunacaq.

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”