Qarabag Media
Haqqımızda Əlaqə

"O dağın o üzü mənim vətənimdir - Laçın rayonudur" — Qəzənfər Hüseynov BMT rəsmisi ilə sərt DANIŞDI — VİDEO


Tarix:10-07-2019, 15:39 Kateqoriya:Manşet / Gündəm

"O dağın o üzü mənim vətənimdir - Laçın rayonudur" — Qəzənfər Hüseynov BMT rəsmisi ilə sərt DANIŞDI — VİDEO

Xəbər verdiyimiz kimi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən təsisat rəhbərlərinin iştirakı ilə iyulun 9-da Tərtər rayonunun Şıxarx qəsəbəsində “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı tədbir keçirilib. Tədbir çərçivəsində köçkünlərlə görüş keçirən BMT nümayəndəliyinin rəhbərləri onların suallarına cavab verib. Görüşdə söz alıb çıxış edən Laçın rayonundan köçkün, ziyalı Qəzənfər Hüseynov BMT nümayəndələrinə sərt şəkildə müraciət ünvanlayıb.
"O dağın o üzü mənim vətənimdir - Laçın rayonudur" — Qəzənfər Hüseynov BMT rəsmisi ilə sərt DANIŞDI — VİDEO

Q.Hüseynov beynəlxalq təşkilat rəsmi ilə görüşdə baş verənlər barədə Moderator.az-a açıqlamasında bunları söyləyib:

“Mən öz müraciətimdə BMT nümayəndələrinə öncə xatırlatdım ki, məşhur fransız filosofu Paskalın bir sözü var: gücsüz ədalət şikəstdir. Yəni ədalətsizliyə qarşı güc, qüvvə tətbiq edilməsə, ədalət bərpa olunmaz. Qarabağda da ədaləti bərpa etmək aparıcı beynəlxalq təşkilat kimi sizin borcunuzdur. Son onilliklərdə Yuqoslaviyada, planetimizin digər guşələrində ədaləti bərpa etdiyiniz kimi, burada da edə bilərsiz. Amma nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi halda siz hər iki tərəfə eyni səpkidə yanaşırsız, münaqişə həll olunmayacaq və ədalət bərpa olunmayacaq. Gərək iki dava edəndən günahı olana konkret deyəsən ki, sən günahkarsan. Bu gün bütün beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Ermənistanı birbaşa təcavüzkar kimi tanımalı, konkret olaraq bu cür adlandırmalıdır..."

Mən əlimi uzadaraq göstərdim ki, o dağın o üzü mənim vətənimdir- Laçın rayonudur. Buradan hava yoluyla 10 km-dən çox olmaz. Artıq 72 yaşım var və mən öz vətənimə getmək istəyirəm...”

“BMT nümayəndələri sizin müraciətinizə necə reaksiya verdi” sualına cavab olaraq ziyalı məcburi köçkün belə deyib:

"O dağın o üzü mənim vətənimdir - Laçın rayonudur" — Qəzənfər Hüseynov BMT rəsmisi ilə sərt DANIŞDI — VİDEO

“Müraciətimi dinləyən BMT nümayəndəsi dedi ki, münaqişəni həll etmək bizim qrupun səlahiyyətində deyil. Və s. bu kimi standart cümlələr işlətdi. Sonra mən səhnəyə yaxınlaşdım və tərcüməçi xanımdan xahiş etdim ki, sözlərimi BMT rəsmilərinə tərcümə edin. Dedim ki, mən başa düşürəm ki, siz həll edə bilməzsiniz, amma xahiş edirəm, bizim sözlərimizi BMT rəhbərliyinə çatdırın, ya da kömək edin mən gedib BMT Təhlükəsizlik Şurasının toplantısında sözümü deyim... Ədalət mütləq bərpa olunmalı, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxarılmalı və bütün məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır”.

Buna da cavab olaraq onlar yenə söylədilər ki, BMT konfliktin sülh yolu ilə həlli üçün qüvvəsini sərf edir və s. kimi standart cümlələr...”

Sultan Laçın

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO