Qarabag Media
Haqqımızda Əlaqə

ZƏNGƏZURU ERMƏNİLƏRƏ KİM SATDI


Tarix:10-07-2019, 15:08 Kateqoriya:Manşet / Tarix

ZƏNGƏZURU ERMƏNİLƏRƏ KİM SATDI

Vətən torpaqları tarixi düşmənlərə peşkəş edilirdi

Azərbaycanın əzəli torpaqları ola Zəngəzur ermənilərə peşkəş edilirdi.
Zəngəzurun bir hissəsinin Ermənistana verilməsində AKP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının (30.11.1920) böyük “xidməti” olub və qəbul etdiyi “tarixi” qərarlara aydınlıq gətirmək məqsədilə orada iştirak edənlərin tərkibinə də mütləq diqqət yetirilməlidir.

Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov və s. iclasda 3-cü məsələ kimi “Ermənistan İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında teleqramı” müzakirə edilmiş və geniş bir qərar çıxarılmışdı.

Həmin qərarın “v” bəndində yazılırdı: Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir. İclasın və qərarın, demək olar ki, başlıca məqsədi onun mərkəzi bəndində (“q”) öz əksini tapmışdı.

Orada deyilirdi ki, Zəngəzur və Naxçıvan Ermənistana keçir. Digər bəndlərdə isə yazılırdı: d) Qarabağın dağlıq hissəsinə öz müqəddaratını təyin etmək hüququ verilir;
e) Sovet Azərbaycanı Sovet Ermənistanı ilə qırılmaz hərbi və təsərrüfat ittifaqı bağlayır (o cümlədən, neft haqqında göstərilsin).
“J” və “İ” bəndlərində isə N.Nərimanova bütün bunlar barədə Bəyanat hazırlamaq və onu Bakı Sovetinin plenumunda elan etmək tapşırılırdı.

Zəngəzurun ermənilərə verilməsi, əslində isə “bağışlanması” istiqamətində daha bir addım 1920-ci il dekabrın 1-də atıldı.
Həmin gün Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən, təntənəli “tarixi” iclasında N.Nərimanov Bəyanatla çıxış etdi. “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir.

Bakı Sovetinin həmin iclasındakı çıxışında “əzabkeş erməni xalqının” Sovet hakimiyyətinin bayrağı altına gəlməsini alqışlayan Q.Orconikidze bu bəyanatı “bəşəriyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli tarixi akt” kimi qiymətləndirmişdi. Həmin çıxışında o, Azərbaycanın strateji bölgələrinin əhəmiyyətini azaldaraq demişdi:

“Zəngəzur, Naxçıvan və Qarabağ ruslar üçün heç nə deməkdir. Zəngəzur məhsulsuz dağlardır, taxılı yox, suyu yox, Naxçıvan bataqlıq və malyariyadan başqa bir şey deyildir, Qarabağda da heç nə yoxdur. Və budur yoldaş Nərimanov deyir: “Onları özünüzə götürün. Bu məhsulsuz torpaqları Ermənistan üçün götürün”. Sanki Sovet Azərbaycanı artıq yükdən xilas olur”

O vaxt Azərbaycan torpaqlarının ermənilərə verilməsinin (“bağışlanmasının”) həmin dövrdə və gələcəkdəki acı nəticələrini dərk edənlər və buna qarşı çıxanlar da az olmamışdı. M.Rəsulzadə yazırdı: “Ermənistanda dəxi bolşevik hökuməti təsis edər-etməz rus siyasəti Nəriman bəyin səxavətkar ağzı ilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını təntənəli bir sürətdə Ermənistana hədiyyə etdi”.

N.Nərimanovun tarixi torpaqlarımızı ermənilərə hədiyyə etməyinə, 40.000dən çox əhalinin öldürülməsinə səbəb olan ruslarla yan-yana olmasına baxmayaraq onun etdiyi müsbət addımları ( Dərbənddə bir neçə dəfə xəstələri pulsuz müayinə edib, Bahadır və sona romanını yazıb, öz ölkəsinə qarşı bu hərəkətləri könülsüz edirdi) nəzərə alaraq onu necə qəbul etməli və adlandırmalıyıq?!


Karabakhmedia.az
____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO