Qarabag Media
Haqqımızda Əlaqə

Rusiyalı ekspert: "Ermənilər inad göstərsə, Azərbaycanın başqa seçimi qalmaya bilər"


Tarix:9-07-2019, 14:24 Kateqoriya:Manşet / Siyasət

Rusiyalı ekspert: "Ermənilər inad göstərsə, Azərbaycanın başqa seçimi qalmaya bilər"

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Media.az-a müsahibəsində bəyan edib ki, Rusiya siyasətinin Cənubi Qafqazda problemləri var.

Onun sözlərinə görə, Rusiya xalqlarla işləmir, Rusiya elitası geosiyasi oyunlar oynayır və Cənubi Qafqazı qəbul etmir:

“Bu, Rusiya siyasətinin postsovet məkanında əsas səhvidir. Məsələn, Bidzina İvanişvili Gürcüstanı faktiki olaraq nəzarətə götürəndə Moskvadakı elita düşündü ki, “artıq hər şey yaxşıdır”. Lakin xalqın mentaliteti, şüuru var. Robert Koçaryan, Qagiq Tsarukyan və digərləri Ermənistana nəzarət edəndə də onlar əmin idilər”.

İstərdim ki, Azərbaycan və Ermənistan xalqları ümumi dil tapsınlar. Azərbaycanlılar Şəki, Qarabağ xanlıqlarının, Naxçıvanın varisləridir. Aleksandr Düma şairə Natəvana heyran olmuşdu. Moskva bunu görmür, anlamır, bilmir”.

M.Şevçenko Qərbin Cənubi Qafqazın işlərinə fəal müdaxiləsini istisna etmir:

“Amerikalılar qrant proqramları yaradırlar, gəncləri təhsilə dəvət edirlər. Bəs Moskva və Peterburqa kim dəvət edir?”.

- Cənubi Qafqazda vəziyyətin gərginləşməsi barədə nə düşünürsünüz? Təmas xəttində hərbçilər həlak olurlar. Müharibənin yaxınlaşdığını hiss edirsinizmi?

- Fikrimcə, müharibə yaxınlaşır. Lakin mən İranla böyük müharibəni nəzərdə tuturam. Bu müharibə ABŞ-da prezident seçkilərindən sonra başlaya bilər. Aydındır ki, Azərbaycan öz ərazisindən İrana zərbə endirməyə imkan verməyəcək. İranın şimal vilayətlərində azərbaycanlıların üstünlük təşkil etdiyini xatırlamaq kifayət edir. Deməli, Ermənistanın ərazisi lazımdır, lakin ermənilər də İranla bağlıdırlar.

Ermənistan və Azərbaycana gəlincə, burada hər şey mənim üçün aydındır. Ermənilər Qarabağın hüdudlarından kənarda işğal edilmiş rayonları azad etməlidirlər. Bu, hətta müzakirə edilməyən birinci məqamdır. Bu müddəa bir çox sammitlərdə, görüşlərdə, forumlarda təsdiq olunub. Rayonların azad edilməsi sülh nizamlanmasının başlanğıcı olacaq.

Bu, niyə baş vermir? Mənim üçün anlaşılan deyil. Bəli, Ermənistan hansısa zəmanətlər istəyir, öz qoşunlarını çıxardıqdan sonra Azərbaycan Ordusunun hücum etməsindən qorxur. Lakin problemə kompleks yanaşmaq lazımdır. Rayonların azad edilməsi ilk addımdır. İkinci addım azərbaycanlı qaçqınların və onların ailələrinin bütün azad edilmiş rayonlara və Qarabağa qayıtmasıdır. Sonra isə Qarabağın statusu üzrə referendum keçirilməlidir.

Qarabağ niyə Cənubi Qafqazın İsveçrəsinə çevrilməsin? Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında iqtisadi əlaqələr regionda vəziyyəti yaxşı mənada kökündən dəyişə bilər. Mən heç bir müharibə istəməzdim. Lakin ermənilər inad göstərsələr, Azərbaycanın digər seçimi qalmaya bilər.

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”