Qarabag Media
Haqqımızda Əlaqə

Xudu Məmmədovun bir bayatısı üzərinə


Tarix:9-07-2019, 14:18 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Xudu Məmmədovun bir bayatısı üzərinə

Dünyadan umma şәkәr,
Ömrümüzә turp әkәr.
Dәrdimiz yetim qalsa,
Bizdәn sonra kim çәkәr?!


Dəyərli dostum, Uşak Universitetinin Təhsil Üzvü Dr. Naib Ələkbərov dünən rəhmətlik Xudu Məmmədovun bu dörtlüyünü feysbuk səyfəsində paylaşmış və hörmətli müəllimimiz Prof.Dr.Kamil Vəli Nərimanoğlu və məndən həmin misraları şər etməyimizi istəmişdi.

Türkologiyanın ağsaqqallarından olan Prof.Dr.Əhməd Bican Ercilasun ilə birliktə Kamil müəllim haqqında qələmə aldığımız yazının adı beləydi: "Söz adamı + Söz alimi = Kamil Vəli Nərimanoğlu”

Əslində Naib dostumuz bu dörtlüyün şərhini "söz adamı + söz alimi” müəllimimiz – İstanbul Aydın Universiteti təhsil üzvü Prof.Dr.Kamil Vəli Nərimanoğlundan istədiyi üçün bizə söz düşməz. Çünki Kamil müəllim həm onlarla kitabın, yüzlərlə məqalənin müəllifi, həm bu sahənin nüfuzlu müəlliflərindən, həm də Xudu müəllimi şəxsən tanıyan (Xudu müəllimin şəxsən tanığı və sevdiyi) bir ziyalıdır.

Biz rəhmətlik Xudu Məmmədovu həyatda görməsək də, onu Əbülfəz Elçibəydən, Çingiz Aytmatovdan, Bəxtiyar Vahabzadədəm, Cevat Heyətdən, Nurəddin Rzayevdən, Şahmar Ələkbərzadədən və indi də Kamil müəllimdən dinləyərək sevdik, sevirik və sevəcəyik.

İllər əvvəl Fəxri Xiyabanda Xudu müəllimin məzarını da ziyarət etdik. Məkanı cənnət, narahat ruhu şad olsun!

"Xudu – Sirri Xüda” bənzətməsini kimin etdiyini unutsam da, Prof.Dr.Xudu Məmmədovun (14.12.1927 - 15.10.1988) "Naxışların yaddaşı” kitabını böyük maraqla oxuduğumu yaxşı xatırlayıram.

Hər sözü hikmət dolu olan Xudu Məmmədov çalışqan tələbələrə belə deyibmiş: "Dərslərini pis oxuyan dostlarınıza da yaxşı bir şeylər öyrədin, çünki sabah sizi onlar idarə edəcək”.

Pafoslu vətənpərvərlik mövzulu şeirlər yazan şairlərə və ümumi olaraq valideynlərə isə belə deyirmiş: "Uşaqlara vətəni sevmə dərsi verməyin, buna ehtiyac yoxdur. Siz onlara vətəni tanıdın, tanıdıqca özləri onsuz da sevəcəklər”.

Onun hər reaksiyası, sözü müdrikcəsinə idi. "Quzu böyüyüb qoyun olacaq, burax qoyun olmadan kəssinlər”, "Heç kim eşitmək istəməyən adam qədər kar ola bilməz”, "Təbiətin öyrənilməsində sənət –strategiya, elm isə taktikadır” kimi fikirləri onun müdrikliyini tərənnüm edirdi.

Xudu müəllim haqqında olan gerçək hekayələrdən birini nəql etdikdən sonra dörtlüyün şərhinə keçəcəm.

Xudu Məmmədov "Professor” adına 1960-cı ildə Azərbaycan türkcəsində yazdığı kalsium silikatları və hidrosilikatların kristallokimyası adlı monoqrafiyasına görə layiq görülmüşdü.

Dünya Kristolloqrafiya elminin ən böyük mütəxəssislərindən və SSRB-də bu elmin qurucularından olan Professor Xudu Məmmədov bir gün köhnə xalçanın naxışlarını incələyərkən ağlamağa başlayıb. Dostları onun niyə ağldığını soruşanda səbəbini təxminən belə izah etmişdi: "Bu xalçanı gözəl, hündür boylu, mavi gözlü sarışın bir türk qızı toxuyub. Nişanlı olan bu qızın nişanlısı müharibədə imiş. Qız nişanlısına olan sevgisini ilmə-ilmə bu xalçaya toxuyub. Ona həsrət qaldığı günləri, həftələri, ayları, illəri naxışların yaddaşına həkk edib. Heyif ki, bu gözəl qız arzusuna çatmayıb, nişanlısı ilə qovuşub evlənə bilməmişdi, çünki nişanlısı vətəni düşmənlərdən qoruyarkən şəhid olmuşdu. Mavi gözlü gözəl türk qızı isə heç vaxt ailə qurmamışdı”.

Xudu Məmmədov xalçalarımızı "Keçmişdən gələcəyə göndərilən oxunmamış (şifrəsi açılmamış) məktublar adlandırırmış...

Kimya professoru Xudu Məmmədovun ədəbiyyat bilgisi də çox zəngin idi. O Azərbaycan bayatılarının heyranı imi. Əbülfəz Elçibəy "Dədəm, gözün aydın!”, Məmməd Araz "Sən kimə gərəksən, mən kimə gərək?!” şeirini Xudu müəllimə ithaf edib.Onu şəxsən tanıyan adamların hamısı onun haqqında danışanda mütləq DAHİ sözünü istifadə edirdi.

Xudu Məmmədov şəhid alimimizdir. O, 15 oktyabr 1988-ci ildə, Bakıda, Üzeyir Hacıbəylinin ev muzeyində keçirilən və müstəqilliyimizi yenidən qazandıracaq Azərbaycan Xalq Cəbhəsinin iclasında ürək tutması keçirərək həyata vida etmişdi. Məzarı da İkinci Fəxri Xiyabandadır.

Keçək dörtlüyü şərh etməyə:

Hər misrası 7 hecadan ibarət bu şeir bayatı formasında yazılıb. Professor Mir Cəlal bayatıya "idrakın qığılcımı” deyirdi. Çoxumuz dillər əzbəri olan bu bayatının Xudu Məmmədova aid olduğunu bilmirik:

Bu qala – bizim qala
Qaldıqca bizim qala.
Qurmadım özüm qalam,
Qurdum ki izim qala…


Xudu müəllimin Naib bəy tərəfindən göndərilən dörtlüyü isə hər şeydən əvvəl həyatın acı həqiqətləriylə dolu didaktik bir bayatıdır. Bəxtiyar Vahabzadə "Dünyanın”, "Dərdimiz” şeirlərini və bir neçə digər şeirlərini bu bayatıdan təsirlənərək yazıb.

Naib dostumuzun göndərdiyi bayatını səthi olaraq belə şərh etdik:

Dünyadan umma şәkәr,
Ömrümüzә turp әkәr.
Dәrdimiz yetim qalsa,
Bizdәn sonra kim çәkәr?!


1. Dünyadan umma şәkәr:

"Dünyadan şəkər ummaq”, her şeyden əvvəl "layiq olmadan mükafat gözləmək” kimi də ifadə edə biləcəyimiz bir əxlaq problemidir.

Çünki sadəcə mükafatlandırılmaq, xoşbəxt olmaq üçün dünyaya gəldiyini düşünənlər əslində əxlaqsız adamlardır. Ətrafımız bu cür əxlaqsızlarla doludur. Xüsusilə kapitalizmin vəhşicə yaşandığı müsəlman ölkələrdə - həmçinin bizim ölkəmizdə - haram buyrulmasına rəğmən dəhşətli dərəcədə israf mövcud olmaqdadır. Bəzi ölkələrdə ölkənin sərvətinin 90 faizi 5 faizlik "xoşbəxt azlıqlar” arasında cəmlənməktədir. Dünyadakı sosial fəlakətlərin də səbəbi bu alnı tərləmədən sərvətinə sərvət qatan bu əxlaqsızların, haramzadələrin doymamasıdır.

Xudu Məmmədov mədəni şəkildə deyir ki "Ey insanoğlu – dünyadan bir gözləntin olmasın. Əgər layiq deyilsənsə, dünyaya yük olaraq yaşayırsansa, gözləntin heç olmasın! Gözləntin varsa, əxlaqın yoxdur!”…

2. Ömrümüzә turp әkәr:

"Sənin şəkər gözlədiyin dünya sadəcə sənin ömrünə deyil, nəfsinə məğlub olub "layiq olmadan mükafatlandırılmaq” gözləntinə görə hamımızın ömrünə "turp əkər”, hamımızı pərişan eylər. Burdakı "əkər” felinin geniş zamanda istifadə olunması "həmişə belə olub və belə də qalacaq” mənasına gəlir. Xudu müəllim bir nəfərin səhvinin tək o adama yox, hamıya zərər verdiyini demək istəyir. Heç kim qonşusunun evində yanğın olmasını istəməz, çünki yanğın onun da evinə sıçraya bilər.

3. Dәrdimiz yetim qalsa.

"Dərdin yetim qalması” ifadəsi dərdə bir övlad sevgisiylə yanaşmaq cəhdidir. Dərd ilahidir, müqəddəsdir, insanı insanlaşdıran, aliləşdirən, kamilləşdirən enerji mənbəyidir. Ədəbiyyatımzda dərdin böyük şairləri olub. "Bu fəryadım Haqdan gəldi, Dərdim var fəryad edərəm” deyən Yunus Əmrə, "Fələklər yandı ahımdan, Muradın şəmi yanmazmı?” deyən Füzuli buna misaldır.

Belə yanaşma əxlaqlı vətənsevərlərin, yurdsevərlərin edə biləcəyi bir işdir.

4. Bizdәn sonra kim çәkәr?!

Xudu Məmmədovun əməl dostu, dəfn mərasimində hönkür-hönkür ağlayan Bəxtiyar Vahabzadənin "Mən dərddən qaçanda dərd yalnız qalır, Bu da mənim üçün təzə dərd olur” misraları "Bizdən sonra kim çəkər?!”in bir başqa versiyasıdır.

İçində ritorik sual olan bu misra digər misralarla möhkəm əlaqədədir. Ümumiyyətlə bu bayatıdakı misraların arasındakı bu sağlam məntiqli əlaqə insanı heyrətləndirəcək qədər güclüdür. Zaman və məkana baxmadan öz hökmünü qoruyan bu mesajların daha yaxşı başa düşülməsi üçün belə bir rekonstruksiya edə bilərik:

"Ey insanoğlu! Dünyadan gözləntin olmasın. Əgər gözləntin olarsa, pərişan olarsan. Pərişan olsan, ölərsən. Ölsən, dərdin yetim qalar. Dərdin yetim qalsa, onu kim böyüdər?!”

Ramiz Rövşənin "Dünya qəfil işıqlansa” şeiri də eyni məntiqlə bitməkdədir:

Bu dünyada bəs kim qalar,
Kim böyüdər uşaqları?!
Nə yaxşı ki bu dünyamız
Yavaş-yavaş işıqlanır.


Təfəkkür dünyamızı aydınladan, yüzlərlə şeirə, hekayəyə, povestə, romana ilham mənbəyi olan Xudu Məmmədovun zəkası dünən və bugün olduğu kimi sabah da yolumuza işıq tutacaq!

Aqil ABBAS

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO