Qarabag Media
Haqqımızda Əlaqə

"Arada" toqquşan maraqlar - Yeni müharibə ocağı ARALIQ DƏNİZİ OLACAQ


Tarix:9-07-2019, 14:01 Kateqoriya:Manşet / Dünya

"Arada" toqquşan maraqlar - Yeni müharibə ocağı ARALIQ DƏNİZİ OLACAQ

Aralıq dənizində cərəyan edən hadisələr bu bölgənin yeni müharibə ocağı olacağına işarə edir.

Ekspertlər hesab edir ki, Rusiya, Türkiyə, ABŞ, İsrail, Misir və digər ölkələr yeraltı sərvətləri ilə zəngin Aralıq dənizində nüfuz sahibi olmaq üçün çoxdan hərəkətə keçib. Türkiyə gəmiləri Aralıq dənizinin şərq hissəsində yeraltı sərvətlərin axtarışlarını davam etdirir. Qazıntı aparan gəmilərin təhlükəsizliyinin Türkiyə donanması tərəfindən mühafizə edilməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Türk qırıcıları bölgədə partul xidməti həyata keçirir, silahlı pilotsuz aparatlar 24 saat ərazidə uçur, hərbçilər hadisələri yaxından müşahidə edirlər.

Maraqlısı budur ki, Avropa Birliyi, ABŞ, Misir , İsrail və digər ölkələrlə yanaşı Rusiya da Türkiyənin Aralıq dənizində fəaliyyətinə qarşı çıxan bəyanatlar səsləndirir. Analitiklərin sözlərinə görə, Suriya münaqişəsini fürsət bilərək, Aralıq dənizinə böyük hərbi qüvvə toplayan Moskvanın narahat doğuran bəyanatları simvolik ola bilər. Rusiya Ankaranın bölgədəki nüfuzunun artmasından narahat olsaydı, “S-400”ləri satmaqdan imtina edərdi. Rusiyada yaxşı başa düşürlər ki, Türkiyə “S-400”lər sayəsində Aralıq dənizinin şərq hissəsində söz sahibi olacaq.

Moskva bölgədə ABŞ-ın nüfuzunun artmasındansa anlaşa bildiyi Türkiyənin bölgədə “at oynatmasına” göz yummağı üstün tutur. Əks halda, Vaşinqton meydanı boş görən kimi yaxın müttəfiqi İsrailin sayəsində Aralıq dənizini nəzarətinə alacaq. Hərbi ekspertlər Aralıq dənizində hazırda müxtəlif ölkələrin 200-dən çox hərbi gəmisinin olduğunu bildirir. Bu üzdən təxribat atəşi ilə bölgədə müharibə hər an başlaya bilər. Necə deyərlər, Aralıq dənizində marağı olan ölkələrin arası dəyər, "ara qarışar, məzhəb itər"...

Anar Türkeş,
redaktor.az

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO