Qarabag Media
Haqqımızda Əlaqə

Təbrizdə səyyar satıcıların etirazları davam edir


Tarix:9-07-2019, 10:17 Kateqoriya:Manşet / Türk dünyası

Təbrizdə səyyar satıcıların etirazları davam edir

Təbrizdə bir qrup səyyar satıcı tarixi Təbriz bazarında səyyar satıcılığa qoyulan qadağaya etiraz olaraq bir neçə dəfədir ki, etiraz yığıncağı keçirib.

İyulun 7-də keçirilən yığıncağa çox sayda səyya satıcı qatılıb. Satıcılar verdikləri açıqlamada bildirib ki, bizim güzəranımız bazarda səyyar satıcılıqdan təmin olunur. Bu işin qadağan edilməsi ilə biz gəlir mənbəyimizi itiririk.

Bələdiyyə İdarəsi etirazlardan sonra mağazaların önündə alverlə məşğul olan satıcılar üçün gözlənilməz təklif irəli sürüb. Bu məqsədlə Şəriəti və Firdovsi xiyabanlarının kəsişməsində səyyar satıcılar üçün bir zolaq nəzərdə tutulub. Bildirilib ki, satıcılar saat 21-dən sonra xiyabanın müəyyən edilmiş hissəsində alverlə məşğul ola bilər.

Satıcılar Bələdiyyə İdarəsinin təklifini rədd edərək saat 21-dən sonra şəhərdə təxminən heç bir müştəri olmadığını bildiriblər.

Qeyd edək ki, səyyar satıcılardan yaxasını qurtarmağa çalışan Bələdiyyə İdarəsi bu məsələni həll etməyə məcburdur. Səyyar satıcılıq dünyanın bütün ölkələrində var, çox sayda vətəndaşı birdən-birə işsiz qoyub, onların gəlir mənbəyini əlindən almaq düzgün deyil.

Güney Azərbaycanda hökm sürən iqtisadi gərginlik səyyar satıcılıq kimi işlərə üz tutanların sayının artmasına səbəb olub. Bəzi hallarda mağaza sahibləri də səyyar satıcılara etiraz bildirir. Lakin onların keçiminin bu yolla təmin olunmasını nəzərə aldıqda aydın olur ki, satıcılara qadağa tətbiq etmək və onları saxlamaqla problemi həll etmək mümkün deyil. Həmin şəxslər ya başqa işlə təmin olunmalı və ya şəhərin müəyyən yerlərində onların alverlə məşğul olmasına icazə verilməlidir./gunaz.tv/

Karabakhmedia.az

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO