Qarabag Media
Haqqımızda Əlaqə

ATƏT Azərbaycan və Ermənistanı dialoqu gücləndirməyə çağırıb


Tarix:9-07-2019, 10:07 Kateqoriya:Manşet / Qarabağ

ATƏT Azərbaycan və Ermənistanı dialoqu gücləndirməyə çağırıb

“Ermənistan və Azərbaycan liderlərini ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçirilən vasitəçilik çərçivəsində dialoqu gücləndirməyə çağırırıq”.

Karabakhmedia.az-ın xəbərin görə, bu, ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən illik sessiyasının sonunda qəbul edilmiş bəyannamədə əksini tapıb.

Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində güc istifadəsi və güc istifadəsi təhdidindən çəkinmək, ərazi bütövlüyünə, xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etmə prinsiplərinə hörmət etməyə, Helsinki Yekun Aktının əsas prinsiplərinə əsaslanaraq konkret və dəqiq tədbirlər görməklə bağlı da çağırış edilib.

Bəyannamədə siyasi məsələlər, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit, insan haqları, humanitar məsələlər sahəsində milli hökumətlərə, parlamentlərə və beynəlxalq cəmiyyətə tövsiyələr yer alıb.

Bəyannamədə terrorizmin və ekstremizmin bütün formaları qınanılıb. Eyni zamanda, parlamentlər və hökumətlərə terrorizmə qarşı effektiv tədbirlərin görülməsi barədə çağırış edilib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Karabakhmedia.az

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO