Qarabag Media
Haqqımızda Əlaqə

“Şəkililər və bütövlükdə xalqımız üçün xeyirli olsun!” – ƏLİ MƏSİMLİ


Tarix:8-07-2019, 12:54 Kateqoriya:Manşet / Gündəm

“Şəkililər və bütövlükdə xalqımız üçün xeyirli olsun!” – ƏLİ MƏSİMLİ

Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması barədə qərar qəbul olunub. Beləliklə, qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı olub.

Karabakhmedia.az Modern.az-a istinadən Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması ilə bağlı Şəkidən seçilmiş deputatın fikirlərini təqdim edir.
Milli Məclisin üzvü Əli Məsimli deyib ki, həyatının daha çox yaddaqalan səhifələrinin xeyli hissəsi bu şəhərlə bağlıdır.
“UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi xəbərini böyük sevinc, qürür və fəxarət hissi ilə qarşıladım. UNESKO-nun bu qərarı ilə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Azərbaycan xalqı ilə yanaşı, həm də bəşəriyyətin mədəni irsi elan olundu. UNESKO-nun Ümumdünya İrs Komitəsinin bu qərarı qədim Şəkinin adına layiq olmaqla, həm də Azərbaycanımız üçün də böyük hadisədir”.

Deputat bildirib ki, Şəki- qədim tariximizin əksər mərhələlərini özündə birləşdirən bənzərsiz bir şəhər-açıq səma altında tarix muzeyidir.
“Şəki-Azərbaycan dövlətçiliyinin möhtəşəm qalalarından biridir. Şəki ilə yaxından tanışlıq Azərbaycan dövlətinin nə qədər qədim və özünəməxsus dəyərlər daşıyıcısı olan bir dövlət olduğunu göstərir. Şəki - tarixin dərinliklərindən süzülüb gələn çox dəyərli abidələr məskənidir. Qədim Alban məbədi və digər qədim abidələrlə yanaşı, Azərbaycan tarixinin xanlıqlar dövrünün ən möhtəşəm memarlıq nümunəsi də Şəkidədir.

Məşhur Türk şairi Nazim Hikmət deyib ki: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan Sarayını dünyaya göstərmək bəs edərdi”.

Əli Məsimli xatırladıb ki, 2016-cı il üçün TÜRKSOY tərəfindən Şəki şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
“Şəki şəhəri tarixi abidələri ilə yanaşı, səfalı təbiəti, rəngarəng mənzərələri, zəngin mətbəxi, unikal yumor hissi olan hazırcavab insanları və şirin ləhcəsi ilə fərqlənir. Bu baxımdan, Şəkidə təbiət gözəllikləri,qədim tarixi abidələr, özünəxas zəngin mətbəx və duzlu-məzəli yumoru ilə hazırcavab insanlar bir vəhdət təşkil edir. Ona görə də Azərbaycanın memarlıq qoruğu adlandırılan Şəkiyə səyahət həm qədim tarixə, sənətkarlar yurduna səyahət, həm dağlar qoynunda füsünkar təbiətlə təmas şəraitində istirahət- unudulmaz səyahət, həm də zəngin mətbəxi sayəsində “dadlı səyahət” adlandırılır.

Bu baxımdan, Şəki ilə, xüsusən də onun hikmət əhli ilə yaxından tanış olub, hazırcavablar məktəbindən keçməklə Şəkiyə valeh olmamaq mümkün deyil.

UNESKO tərəfindən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi münasibətilə şəkililəri və bütövlükdə xalqımızı təbrik edirəm. Şəkililər və bütövlükdə xalqımız üçün xeyirli olsun!”

Qafar AĞAYEV

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO