Qarabag Media
Haqqımızda Əlaqə

Ekspert: Ermənilərin çoxu anlayır ki, müharibə olsa, Ermənistanın şansı yoxdur


Tarix:8-07-2019, 11:23 Kateqoriya:Manşet / Siyasət

Ekspert: Ermənilərin çoxu anlayır ki, müharibə olsa, Ermənistanın şansı yoxdur

Ankaranın aldığı “S-400” zenit-raket komplekslərinin (ZRK) ilk hissəsi iyulun 7-də Rusiya təyyarələrinə yüklənəcək, gələn həftə isə Türkiyəyə çatdırılacaq.

Bu barədə “Habertürk” öz mənbələrinə istinadən məlumat verir.

Qeyd edilir ki, tədarük iki nəqliyyat təyyarəsində həyata keçiriləcək. Sistemin quraşdırılmasına cavabdeh olan doqquz rusiyalıdan ibarət qrup iyulun 8-də Türkiyəyə gələcək.

“Sputniknews” nəşri Türkiyə Prezidentinin nümayəndəsinə istinadən bildirir ki, Ankara hava hücumundan müdafiə sistemlərini “çox tezliklə, yaxın günlərdə” əldə edəcək. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti hələ də “S-400”ün yerləşdirmə variantlarını öyrənir. Məqsəd bu ZRK-nın alışına görə Türkiyə-ABŞ münasibətlərinin kəskinləşməsindən qaçmaqdır. “Triumf” “S-400” ZRK-nın Azərbaycan və Qətərdə yeləşdirilməsi istisna edilmir.

Xatırladaq ki, Rusiya və Türkiyə 2018-ci ilin sonunda dörd ədəd “S-400” kompleksinin Ankaraya satışı haqqında 2,5 milyard dollar dəyərində saziş imzalayıb.

Türkiyənin aldığı “S-400” komplekslərinin Azərbaycan və ya Qətərdə yerləşdirilməsi Ankara və Vaşinqton arasında gərginliyi azaltmağa kömək edə bilərmi?

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov Media.az-a bildirib ki, bu, gərginliyi çətin ki aradan qaldırsın, lakin vəziyyəti müəyyən dərəcədə yumşalda bilər.

Onun sözlərinə görə, ZRK-nın Azərbaycanda yerləşdirilməsinin real faydası var:

“S-400” Azərbaycandan Türkiyə səmasını qoruyacaq. Qətərə gəlincə, bu ölkə Türkiyənin çox vacib tərəfdaşıdır. Xatırlayaq ki, ABŞ tərəfindən Qətərə qarşı artıq “basqın” olub və Ankara böhranın öhdəsindən gəlmək üçün bu ölkəyə kömək edib. Ona görə bu, ən pis variant olmayacaq. Mənə elə gəlir ki, türklər bu ZRK-ları öz ərazilərində də yerləşdirəcək”.

- Belə komplekslərin Azərbaycanda yerləşdirilməsi “S-400” ZRK-nın ölkəmizin də hava məkanını qoruyacağı anlamına gəlirmi?

- Azərbaycanın hava məkanı artıq kifayət qədər yaxşı qorunur. Lakin şübhəsiz ki, “S-400” tam təhlükəsizliyi təmin edəcək. Bu kompleksləri Naxçıvanda, Türkiyənin bilavasitə yaxınlığında yerləşdirmək olar. Və müvafiq olaraq, hansısa ölkələrin Azərbaycanın ərazi bütövlüyünə qəsdlərinə mane olmaq mümkündür.

- “Hansısa ölkələr” deyəndə Ermənistanı nəzərdə tutursunuz?

- Bəli, əlbəttə...

- Yeri gəlmişkən, Yerevandan son vaxtlar aqressiv, hücuma keçmək bəyanatları tez-tez səslənir. Bu komplekslər erməni cəmiyyətini “sakitləşdirəcək”?

- Prinsipcə, Ermənistan cəmiyyəti döyüşə can atmır, erməni isteblişmenti və bəzi hərbçilər haqqında bunu demək olmaz. Fikrimcə, ermənilərin çoxu anlayır ki, Azərbaycan Ordusunun bu səviyyədə silahlanması qarşısında Ermənistan tərəfinin davam gətirmək üçün sadəcə olaraq heç bir şansı yoxdur.

Karabakhmedia.az

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”