Qarabag Media
Haqqımızda Əlaqə

“Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına müraciət etməlidir” - POLİTOLOQ


Tarix:6-07-2019, 18:34 Kateqoriya:Manşet / Siyasət

“Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına müraciət etməlidir” - POLİTOLOQCümşüd Nuriyev: “Ermənistanla bağlı icra edilməyən bu qətnamələr kağız parçasına çevrilib”

Xəbər verdiyimiz kimi, Çin işğalçı Ermənistan ordusuna təmənnasız hərbi yardım göstərib.

Bəs rəsmi Bakı Ermənistana bu cür hərbi yardımlar göstərən ölkələrlə münasibətdə hansı siyasət sərgiləməlidir? Bununla bağlı Azərbaycanın atmalı olduğu hansı addımalr var?

Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Azərbaycanın bununla bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət etməsi gərəkdiyini vurğuladı:

“Azərbaycan BMT-nin Təhlükəsizli Şurasınma müraciət etməlidir. Çünki Çin də, ABŞ da, Rusiya da, yəni Ermənistana hərbi yardım göstərən bu dövlətlərin hamısı BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. Fransa, ABŞ və Rusiya isə həm də ATƏT-in Minsk qrupunun həmsədridir.

Çin bu addımı bəlkə də Rusiya ilə razılaşdırmış şəkildə atır. Çin bu vaxta qədər belə qarışıq siyasi məsələlərə girməyib. Lakin son zamanlar Çinin də iddiaları artıb. Çin artıq özünü yeni güc mərkəzi kimi təqdim edir. Dördüncü güc mərkəzi formalaşır. Bu, olduqca təhlükəli bir meyldir. Çoxhakimiyyətlilik rəqsabət kömək etmir, əksinə ciddi problemlər yaradır.

Ermənistanın həyasız hərəkətləri anlaşılandır. Anlaşılmayan Errmənistanla sıx münasibət quran müsəlman ölkəsi olan İranın mövqeyidir. Bütün bunlardan yararlanan Ermənistan ağılsız və təhlükəli iddialar ortaya qoyur.

Azərbaycan siyasi baxımdan təklənməyib. Lakin kifayət qədər də güclü mövqeyə və statusa malik də deyil. Beynəlxalq təşkilatlkarın Ermənistanla bağlı qəbul etdiyi qətnamələrin heç biri icra edilmədiyi üçün bunlar adı kağız parçasından başqa bir şey deyil. Buna görə də Azərbaycanın verəcəyi bəyanatın yalnız tarixi baxımdan bir əhəmiyyəti ola bilər. Hələ ki, Azərbaycan öz xarici siaysətində düzgün mövqedə durur. Nə çox qıcıqlandırmır, nə də kimsəyə onun üzərinə həddən artıq gəlməyə də imkan vermir.

Çinin hər zaman onun yanında olan Azərbaycan əleyhinə bu cür fəaliyyəti uğurlu gediş deyil. Çin Qafqaza girmək istəyir. Onlar araşdırıb görüblər ki, bu coğrafiyada satqın mövqedə dayanan ermənilərdir. Buddistlərlə xristianların bu ittifaqının necə alınacağını deyə bilmərəm. Amma ermənilərin hər zaman başqalaırnın əlində dəyənək olduğu, mərdimzar statusuda çıxış etdiyi birmənalıdır”.

Seymur ƏLİYEV

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO