Qarabag Media
Haqqımızda Əlaqə

Tehrandan İrəvana növbəti kömək: “Ermənistana qaz ixracını dəfələrlə artıracağıq”- FOTO


Tarix:6-07-2019, 00:08 Kateqoriya:Manşet / Dünya

Tehrandan İrəvana növbəti kömək: “Ermənistana qaz ixracını dəfələrlə artıracağıq”- FOTO

İran və Ermənistannın iqtisadi- ticari əməkdaşlıq üzrə birgə komissiyasının 16-cı forumundan sonra jurnalistlərə açıqlama verən İranın energetika naziri Rza Ərdəkaniyan iki ölkə arasında olan münasibətlərdən danışıb.

Nazir Ermənistan iki ölkənin sərhəddində 100 meqavatlıq su elektrik stansiyası tikdiyini və İran tərəfinə elektrik enerjisi təklif etdiyini deyib. Ərdəkaniyanın sözlərinə görə, stansiyanın tikintisi də forumun daha öncələr əldə etdiyi razılaşmalardan biri çərçivəsində həyata keçirilib.

Nazir həmçinin 2020-ci ilədək iki ölkə arasında 3-cü elektrik xəttinin işə salınması üçün bu layihəni sürətləndirmək barədə razılıq əldə olunduğunu vurğulayıb. Bu xəttin işə salınması ilə İran Ermənistanı 1000 meqavat elektrik enerjisi ilə təmin edəcək.

Tehrandan İrəvana növbəti kömək: “Ermənistana qaz ixracını dəfələrlə artıracağıq”- FOTO

Rza Ərdəkaniyan tərəflər arasında Ermənistana qaz nəqlinin artırılması ilə bağlı aparılmış müzakirələrin nəticəsində İranın Ermənistana qaz nəqlini dəfələrlə artırması ilə bağlı razılıq əldə olunduğunu deyib. O əlavə edib ki, bu ticari əlaqə barter sisteminə əsaslanacaq və qarşılığında Ermənistan İranın ehtiyacı olan məhsulları sonuncuya ixrac edəcək.

Nazir Rusiya, Gürcüstan, Ermənistan və İran arasında “Şimal-Cənub” dəhlizi əlaqələrinin artırılması və İranın daha çox özəl şirkətinin Ermənistan bazarına daxil olmağa təşviq edilməsi kimi məsələlərin də müzakirə edilən mövzular arasında olduğunu əlavə edib.

Rza Ərdəkaniyan sonda qeyd edib ki, İran hazırda Ermənistana gündəlik 1 milyon kub metr qaz nəql edir, hansı ki, bu rəqəmi 4 dəfə çoxaltmaq olar.

Xatırladaq ki, İran Azərbaycanın 20%-dən çox ərazisini işğal edən, qadın, uşaq və qocalar da daxil olmaqla, minlərlə vətəndaşını öldürən, Xocalı soyqrımını törədən Ermənistan rejiminə kömək edən əsas ölkələrdən biridir. Hətta İran rejimi Qarabağ müharibəsi gedən zaman da Ermənistana kömək edən əsas qüvvələrdən biri olmuşdur. Hazırda iqtisadi blokadada olan Ermənistan daha çox İranın etdiyi yardımlar nəticəsində öz varlığını davam etdirə bilir.

Digər tərəfdən, İran Ermənistana dəstəyini cari il Xocalı soyqrımının növbəti il dönümündən bir gün sonra, yəni fevralın 27-də bu ölkənin baş naziri Nikol Paşinyanı Tehrana rəsmi səfərə dəvət etməklə, bir daha açıq-aşkar nümayiş etdirdi. Bu siyasi hayasızlığa etiraz edən güney azərbaycanlı soydaşlarımızdan bir neçəsi isə bi müddət İran rejimi tərəfindən qondarma ittihamlarla həbs olunub./gunza.tv/


Karabakhmedia.az
____________________________________________________________________________________________________











SON XƏBƏRLƏR
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
Gürcüstanda deputatlar parlamentə buraxılmır
"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri
İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
Prezident “28 May” metrostansiyasının qarşısında – FOTOLAR
Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor
Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
Bu gün Beynəlxalq Kişilər Günüdür
Ahmet Sağlam AKP-dən istefa verdi
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ
"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında
"Sarı Aşıqdan Aşıq Şəmşirə girov ruhlar işığında" layihəsi çərçivəsində tədbir keçirilib
İran Təhlükəsizlik Şurası internetə məhdudiyyət tətbiq edib