Qarabag Media
Haqqımızda Əlaqə

Dünya ölkələri fövqəladə vəziyyət rejimində: Rusiyada faciə...


Tarix:3-07-2019, 00:32 Kateqoriya:Manşet / Dünya

Dünya ölkələri fövqəladə vəziyyət rejimində: Rusiyada faciə...

Rusiyanın “Loşarik” adlı atom sualtı qayığında ağır qəzanın baş verməsi dünya mediasının bir nömrəli mövzusuna çevrilib.

Rusiyanın RBK agentliyinin məlumatına görə, 14 dənizçi zəhərlənmədən həlak olub. Onların içində 1-ci ranqdan olan 7 kapitan (Quru Qoşunlarında polkovnik rütbəsinə bərabərdir) və iki “Rusiyanın milli qəhrəmanı” adına layiq görülmüş hərbçi var.

Qəzanın aradan qaldırıldığı deyilsə də, dünyanın idarə mərkəzlərindəki hərəkətlilik və fövqaladə vəziyyət rejimi başqa mətləblərdən xəbər verir.

Bildirilir ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens Nyu-Hempşir ştatına səfərini yarımçıq qoyaraq, təcili Ağ Evə dönüb. Rusiya prezidenti Vladimir Putin isə bütün görüşlərini təxirə salaraq müdafiə naziri Sergey Şoyqudan dərhal hesabat verməsin tələb edib.

Maykl Pensin mətbuat katibi Alisa Farah vitse-prezidentin Vaşinqtonda qalmasını zəruri edən səbəblər olduğunu bildirib.

Ağ Ev rəsmiləri məsələnin iddia edildiyi kimi Donald Trampın səhhətində yaranmış (onun infarkt keçirdiyi xəbərləri də yayılıb-red.) problemlə bağlı olmadığını söyləyiblər.

Rusiyanın sualtı qayığının nüvə reaktorlu olması radiasiya sızıntısı iddialarını gücləndirib. Bununla bağlı olaraq Norveçin Radiasiya və nüvə təhlükəsizliyi qurumunda açıqlama gəlib. Onlar yüksək dərəcədə hər hansı sızıntının olmadığının bildiriblər.

Onu da qeyd edək ki, yanğının baş verdiyi AC-12 atom sualtı qayığı həm də “Loşarik” adı ilə tanınır. Bu gəmi silahla təchiz olunmayıb və 6000 metrə qədər enə bilir. “Loşarik”in ekipajı 25 nəfərdən ibarətdir. Onun hazırlanması olduqca məxfi şəraitdə aparılıb.

Qərb xüsusi xidmət orqanlarının məlumatına görə isə AC-12 əslində rəqibin sualtı hərbi infrastrukturunu dağıtmaq, materiklər arasındakı kabel əlaqəsini kəsməyə və Rusiyanın Hərbi-Dəniz Donanmasının hərəkətlərini izləyən sualtı stansiyaları məhv etməyə yönəlik diversiya aparatıdır. Elə buna görə də bəzi mənbələr sualtı qayığın vurulması versiyasını da irəli sürürlər.

Sualtı enmə aparatı özünün unikal konstruksiyası ilə seçilir. O, bir neçə şara bənzər titan parçalardan yaradılıb. Bu da onu İvan Ufimtsev və Yuri Norşteynin yaratdığı məşhur sovet cizgi film qəhrəmanı Loşarikə bənzədib.

Qəzanın səbəblərini araşdırmaq üçün Rusiya Hərbi-Dəniz Donanmasının komandanı admiral Nikolay Yevmenovun rəhbərliyi ilə komissiya yaradılıb. N.Yevmenov bu posta cəmi iki ay əvvəl - mayın 3-də təyin olunmuşdu.

Qeyd edək ki, buna bənzər bir qəza 2000-ci ildə “Kursk” atom sualtı qayığı qəzası olub.

Qayıq 2000-ci il avqustun 12-də Barens dənizində torpedo mərmisinin partlayışı nəticəsində batıb. Hadisədə 118 nəfər heyət üzvü həlak olub. Kursk Rusiyanın ən müasir sualtı qayıqlarından idi. Qayığın tikilməsinə 1992-ci ildə başlanıb, 2 ilə başa çatdırılmışdı. O zaman bildirilirdiki gövdəsi ikiqat olduğundan bu sualtı qayığın batması praktiki olaraq mümkün deyil./Musavat.com/

Karabakhmedia.az

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
Gürcüstanda deputatlar parlamentə buraxılmır
"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri
İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
Prezident “28 May” metrostansiyasının qarşısında – FOTOLAR
Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor
Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
Bu gün Beynəlxalq Kişilər Günüdür
Ahmet Sağlam AKP-dən istefa verdi
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ
"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında
"Sarı Aşıqdan Aşıq Şəmşirə girov ruhlar işığında" layihəsi çərçivəsində tədbir keçirilib
İran Təhlükəsizlik Şurası internetə məhdudiyyət tətbiq edib