Qarabag Media
Haqqımızda Əlaqə

Zakir Həsənov Milli qəhrəmanımızın anasını ziyarət edib - FOTO


Tarix:2-07-2019, 20:42 Kateqoriya:Manşet / Cəmiyyət

Zakir Həsənov Milli qəhrəmanımızın anasını ziyarət edib - FOTO

Qəhrəmanın anasının müalicəsinə dair bütün xərcləri Azərbaycan tərəfi öz üzərinə götürüb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Belarusda səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 2-də Minskdəki şəhər klinik xəstəxanasında müalicə alan Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin anası xanım Kima Davidoviçi ziyarət edib.

Karabakhmedia.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, K.Davidoviçin səhhəti və müalicə prosesi ilə maraqlanan Müdafiə naziri gül dəstəsi və Azərbaycandan gətirilən sovqatı ona təqdim edərək tezliklə sağalmasını arzulayıb. Xəstəxananın baş həkimi və müalicəni həyata keçirən tibbi personalı ilə görüşən Müdafiə naziri K.Davidoviçin müalicəsinə dair bütün xərclərin Azərbaycan tərəfinin öz üzərinə götürdüyünü bildirib.

Çay süfrəsi arxasında söhbət zamanı Milli Qəhrəman mayor A.Davidoviçin qəhrəmanlığının Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin isə hər iki ölkədə daim ehtiramla yad olunduğu bir daha qeyd edilib.

Qəhrəmanın anası onu ziyarət edərək səhhəti ilə maraqlandığına və oğlunun xatirəsinə göstərilən ehtirama görə Azərbaycanın Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını ifadə edib.

Zakir Həsənov Milli qəhrəmanımızın anasını ziyarət edib - FOTO

Zakir Həsənov Milli qəhrəmanımızın anasını ziyarət edib - FOTO

Karabakhmedia.az
______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”