Qarabag Media
Haqqımızda Əlaqə

Amerika kəşfiyyatının “verbovka” etdiyi azərbaycanlı direktor necə ələ keçdi...


Tarix:2-07-2019, 00:12 Kateqoriya:Manşet / Araşdırma

Amerika kəşfiyyatının “verbovka” etdiyi azərbaycanlı direktor necə ələ keçdi...

Xüsusi xidmət orqanları ifadəsini eşidərkən gözümüzün önünə daha çox kinolardakı detektiv, agent obrazı canlandıranlar gəlir.
Xüsusi analitik düşünmə qabiliyyəti, hadisələri bir-biri ilə məntiqi şəkildə uzlaşdırmaq, fiziki və idman hazırlığı yaxşı səviyyədə olanlar xüsusi xidmət orqanlarının çekisti ola bilərlər.

Bu haqda internetdə də kifayət qədər materiallar mövcuddur. Təbii ki, xüsusi xidmət orqanlarının əsas prinsiplərindən biri də məxfilikdir.

Cəmiyyətə və mətbuata yad olan faktlar, sadə insanların eşitmədikləri, bilmədikləri xüsusi xidmət orqanları üçün adi bir həqiqətdir.

Xüsusi xidmət təşkilatları bəzən qarşı tərəfi necə deyərlər içəridən dağıtmaq üçün xüsusi metodlara əl atır.

Bunlardan biri də xüsusi xidmət orqanının hər hansı əməkdaşını və ya o ölkənin hər hansı vətəndaşını ələ almaqdan, necə deyərlər "verbovka” etməkdən ibarətdir.

Belə hallarla bağlı açıq mənbələrdə kifayət qədər məlumatlar var.

Sovet İttifaqı dağılandan sonra keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ("KQB) haqqında, ümumiyyətlə dünya xüsusi xidmət orqanları barədə o qədər kitab çap olunub ki, oxucunu bu cür məlumatlarla təəccübləndirmək mümkün deyil.

Amma indi yazacağımız hadisə haqda açıq internet mənbələrində heç bir məlumat yoxdur. Özü də söhbət SSRİ zamanında Amerika kəşfiyyatına işləməyə razı olmuş azərbaycanlıdan gedirsə...

Bu haqda vaxtilə Azərbaycan DTK-nın, müstəqillik qazandıqdan sonra isə Milli Təhlükəsizlik Nazirliyinin zabiti olmuş İlham İsmayıl "KQB-MTN:Görünən dağın bələdçiliyi” adlı bioqrafik kitabında yazıb.

Amerika kəşfiyyatının “verbovka” etdiyi azərbaycanlı direktor necə ələ keçdi...

ARAYIŞ:

İlham İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtərin Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) Minsk Ali Kursunu bitirib.

1982-1996-cı illərdə Azərbaycan SSR DTK-sında və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi, MTN-in Gəncə şəhər şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili vəzifələrində çalışıb. MTN-in Şəmkir və Göyçay bölmələrinin rəisi olub. Gəncəbasar bölgəsinin erməni işğalçılarından azad olunmasında fəal iştirak edib. Xüsusi xidmət orqanlarında fəaliyyəti dövründə polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

İlham İsmayıl yazır ki, DTK-nın Minsk Ali Kursunda gələcəyin çekistlərinə aşılanırdı ki, SSRİ-nin bir nömrəli rəqibi Amerika Birləşmiş Ştatlarıdır.

Soyuq müharibənin kəskin vaxtlarında casusluq, qarşı tərəf barədə informasiya əldə etmək məsələləri də kursantların öyrəndikləri içərisində qırmızı xətlə keçib.

"O zaman tutaq ki, öyrəndiyimiz "Penkovskinin işi” (ABŞ-ın xeyrinə casusluq etmiş Baş Kəşfiyyat İdarəsinin zabiti), "Rəcəbovun işi” kursda tədris olunurdu”-deyə İlham İsmayıl qeyd edir.

İndi "Penkovski işi” (Oleq Penkovski) barədə internetdə o qədər yazılar var ki… Amma Rəcəbov haqqında material yoxdur.

Bəs Rəcəbov kim idi?

İlham İsmayılın sözlərinə görə, Rəcəbov Bakı Biskvit Fabrikinin direktoru işləyib. Yuqoslaviyaya səfəri zamanı ABŞ səfirliyinə müraciət edərək, sığınacaq istəyib. Amerikalılar isə onu inandırırlar ki, əvvəlcə ABŞ-a xidmət edib pul qazanmalıdır ki, ora köçəndə yaxşı yaşaya bilsin. Bir sözlə, Amerika kəşfiyyatı Rəcəbovu "verbovka” edir.

Rəcəbov Bakıya qayıtdıqdan sonra ona əlaqə üçün şifrə göndərirlər. Şifrəni evdə, vanna otağında açıb oxuyanda DTK əməkdaşları elə oradaca onu həbs edirlər.

"Bu əməliyyat işləri dərs vəsaitləri kimi tədris olunurdu”- İlham İsmayıl qeyd edib.
Amma kitabda Rəcəbov haqda deyilənlər elə bununla da kifayətlənir. İlk baxışda belə təəssürat yarana bilər ki, keçmiş "KQB” işçisi Rəcəbov haqda əlavə informasiya verməyə xəsislik edir.
Buna görə də, mövzu ilə bağlı İlham İsmayıla müraciət edib. Məlum olub ki, Kursda olarkən onlara Rəcəbov haqda sadəcə bu qədər informasiya veriblər. Buna görə də, həmin əməliyyatın konkret hansı tarixdə keçirildiyi, Rəcəbovun adı, sonrakı taleyinin necə olduğu qaranlıq qalır.
"İnternetdə Rəcəbovun işi haqqında heç bir məlumat yoxdur. Bu barədə geniş informasiyaya da malik deyilik. Minskdə bir əməliyyat kimi bizə mühazirə oxudular. Əlavə bilgi yoxdur”-İlham İsmayıl bildirib./modern.az/

Karabakhmedia.az

_____________________________________________________________________________________________________











SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO