Qarabag Media
Haqqımızda Əlaqə

Möcüzəli bitki zəfəran


Tarix:1-07-2019, 23:58 Kateqoriya:Manşet / Tibb

Möcüzəli bitki zəfəran

Qədim zamanlarda zəfəran güc artıran, göz xəstəlikləri (xüsusilə kataraktanı), zəhərləməni müalicə edən, ətirli maddə kimi geniş istifadə olunurdu.

Qədim zamanlarda zəfəran çox yüksək giymətləndirilirdi və hətta bahalı hədiyyə kimi ən yüksək vəzifəli şəxslərə hədiyyə olunurdu.

Zəfəranın vətəni dəqiq məlum deyil. Avropaya zəfəranı ərəblər gətirib. Hal hazırda zəfəran müxtəli ölkələrdə - Hindistanda, Misirdə, İranda, İspaniyada, Çində, Azərbaycanda - yetişdirilir. Ən yaxşı zəfəran kimi Kəşmir (Hindistan) zəfəranı sayılır. Bu zəfəran ən bahalıdır. Lakin zəfəranın əsas hissəsi İranda istehsal olunur.

Zəfəran krokus gülündən əldə edilir.

Zəfəranın nadir müalicəvi xüsusiyyətləri bu ədviyyatı əsl təbii dərman edir. Zəfəran dünyada əczaçılıq sənayesində istehsal olunan müxtəlif dərmanların tərkibinə daxil olunur.

Zəfəran həzm prosesləri və iştahanı yaxşılaşdırır, qara ciyərin fəaliyyətinə müsbət təsir edir, ödqovucu xüsusiyyətlərinə malikdir.

Zəfəran ürək üçün çox xeyirlidir. Ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanı təmizləyir.

Zəfəran sinir sisteminə sakitləşdirici təsir edir, əqli fəaliyyətini stimullaşdırır, yaddaşı və diqqəti yaxşılaşdırır.

Zəfəran insanı daha gümrah edir, orqanizmin tonusunu qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Zəfəranın güclü antioksidant xüsusiyyətləri var. O, orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi müxtəlif ziyanlı maddələrdən təmizləyir, xərçəngin profilaktik vasitəsi sayılır.

Süddə dəmlənmiş zərəran (2-3 "tükcük" 1 stəkan südə) öskürək zamanı çox yaxşı müalicəvi təsir edir - bəlğəmi durulaşdırır və onun orqanizmdən çıxmasını asanlaşdırır.

Zəfəran qədim zamanlardan kişilərin gücünü (potensiya) artıran təsirli vasitə kimi tanınır.

Qədim zamanlarda zəfəran göz xəstəlikləri zamanı geniş istifadə olunurdu. Müasir zamanlarda da bu bitki bəzi göz damcıların tərkibinə daxil edilir.

Spazmolitik xüsusiyyətlərinə malik olan zəfəran baş ağrıları, menstruasiya zamanı ağrıları azaldır. Bunun üçün bir neçə "tükcük" qaynar suda dəmlənilir və içilir.

Ümumillikdə zəfərani istifadə etdikdən əvvəl (qidalarda, şirniyyatlarda və s.) onu əvvəlcədən qaynar suda dəmləmək və sonra alınmış dəmləməni istifadə etmək lazımdır. Dəmlədikdən sonra zəfəranı tullamayın - bu müalicəvi bitkini 2-3 dəfə dəmləmək olar (bu zaman bitkinin fayadlı xüsusiyyətləri itmir).

Zəfəran üz dərisinin vəziyyətini yaxşılaşdırır, cavanlaşdırır, dərini daha parlaq edir.

Lakin zəfəranın bütün bu möcüzəli xüsusiyyətlərindən faydalanmaq istəyirsinizsə, əsl zəfəran alın. Nəzərinizə çatdıraq ki, bəzən dükanlarda "zəfəran" adı ilə ucuz saxta ədviyyatlar satılır ki, bu maddənin təbii zəfəranla heç bir əlaqəsi yoxdur. Əsl zəfəran ucuz olmur, onun özünəməxsus zərif iyi və acı-şirin dadı var.

Hamilə qadınlar zəfəranın qəbulundan imtina etməlidir ki, yüksək dozalarda bu bitki uşaqsalmaya səbəb ola bilər. Belə hesab olunur ki, qədimdə qadınlar zəfəranı arzu edilməyən hamiləlidən qurtulmaq üçün istifadə edirdilər.

Hipertoniyadan əziyyət çəkən insanlara da bu bitki ziyan gətirə bilər./Saglamolun.az/

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”