Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda ana bətnindəki döl ürəyindən əməliyyat olundu


Tarix:1-07-2019, 22:50 Kateqoriya:Manşet / Tibb

Azərbaycanda ana bətnindəki döl ürəyindən əməliyyat olundu

ATU-nun həkimləri 32 həftəlik hamilə qadının bətnindəki körpəni əməliyyat ediblər.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında hamilə qadının bətnindəki uşaq (döl) üzərində mürəkkəb əməliyyat icra olunub.

ATU-dan verilən məlumata görə, klinikanın ginekologiya şöbəsinin müdiri Turan Canbaxışov bildirib ki, digər klinikalarda xəstəyə hamiləliyi sonlandırmağı məsləhət görsələr də, qadın buna razı olmayıb. Yalnız ATU Tədris Cərrahiyyə Klinikasında bətndəki dölü əməliyyat etməyə razılıq verilib.

T.Canbaxışovun sözlərinə görə, pasiyent klinikaya hamiləliyin 31-ci həftəsində müraciət edib: "Daha öncəki müayinələr zamanı xanımın bətnindəki uşağın döş qəfəsinə mayenin yığıldığı aşkarlanıbmış. Döş qəfəsinə maye yığıldığı üçün ürək sıxılırdı. Bu isə ürəyin fəaliyyətinə mane olduğu üçün dölün bütün bədənində ödəm inkişaf edirdi".

ATU Tədris Cərrahiyyə Klinikasında döldən genetik analiz götürülüb və nəticədə uşağın sağlam olduğu dəqiqləşdirilib. Bundan sonra əməliyyat planlaşdırılıb. Həkim deyir ki, adətən döş qəfəsinə mayenin yığılmasının səbəbi ağciyərlərin üstünü örtən selikli qişanın gec inkişafı ilə əlaqələndirilir. Əgər zamanında yardım göstərilməzsə, döl ürək çatışmazlığından tələf olur.

T.Canbaxışov bildirir ki, əməliyyat hamiləliyin 32-ci həftəsində aparılıb. Ümumi anesteziya altında ana bətninə daxil olunub və dölün döş qəfəsinə stend taxılıb. Bu stend ağ ciyərin ətrafındakı mayenin uşaqlıq boşluğuna axmasını təmin edib. Beləliklə, ürəyin fəaliyyəti bərpa olunub. Hamiləliyin 36-cı həftəsində dünyaya gələn körpə bir neçə gün yenidoğulmuşların reanimasiyasında müalicə aldıqdan sonra tam sağlam valideynlərinin qucağında xəstəxananı tərk edib.

_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB
Diaspor Komitəsi İstanbuldakı Mübariz İbrahimov adına məktəbin problemlərini nəzarətə götürdü
Nuri Paşanın 1920-ci ildə Böyük Britaniya mətbuatına verdiyi MÜSAHİBƏ
Prezdent Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında