Qarabag Media
Haqqımızda Əlaqə

Liviya və Türkiyə gərginliyinin pərdəarxası


Tarix:1-07-2019, 22:40 Kateqoriya:Manşet / Siyasət

Liviya və Türkiyə gərginliyinin pərdəarxası

Ankaranı Liviyadakı proseslərə müdaxilə etməyə vadar edən nədir?

Liviyada bir neçə gün əvvəl qaçırılmış 6 Türkiyə vətəndaşı azad edilib. Türkiyə mətbuatının yazdığına görə 6 türkiyəli dənizçi olub və hazırda ölkənin böyük hissəsinə nəzarət edən Xəlifə Həftərin ordusu tərəfindən qaçırılmışdı. Artıq türk dənizçilər çalışdıqları gəmiyə geri qayıdıb və öz arzuları ilə işlərinə davam etdiyi bildirilir.

Qeyd edək ki, hazırda Liviyanın 90 faizə yaxınına nəzarət edən Xəlifə Həftər ölkənin şərqində yerləşən mərkəzi Tobruk şəhərində olan hökumətin hərbi qüvvələrinə rəhbərlik edir. Bu ilin aprelində Həftərə bağlı ordu hissələri qərbdəki Uzlaşma Hökumətinin paytaxtı Trablusa hücum edib. hazırda Trablus ətrafında Həftər qüvvələri ilə Uzlaşma hökumətinin qüvvələri arasında döyüşlər gedir.

Məlum olduğu kimi, 2011-ci ilin oktyabrında Qəzzafinin ölümündən sonra Liviyada 2012-ci ildə seçkilər keçirilib. Ancaq Liviya 2014-cü ilin may ayından etibarən faktiki olaraq iki hissəyə bölünüb. Fəyyaz Saracın rəhbərlik etdiyi Milli Uzlaşma Hökuməti Liviyanın qərb ərazilərinə, o cümlədən paytaxt Trablus və Misrata kimi mühüm şəhərlərinə nəzarət edir. Bu hökuməti əsasən Türkiyə və Qətər dəstəkləyir.

Ölkənin şərqi və cənubunda möhkəmlənən Abdullah Sininin rəhbərlik etdiyi Liviya hökuməti və ya Təmsilçilər Məclisi hökuməti isə Benqazi də daxil olmaqla şərq sahili şəhərlərinə nəzarət edir. Mərkəzi Tobruk şəhərində yerləşən bu hökumət Qərb ölkələri, ABŞ, bəzi Avropa dövlətləri, o cümlədən Misir, BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir.

Həftərin Trablusa hücumundan sonra Türkiyə ilə münasibətləri pisləşib. Məlum olduğu kimi Türkiyə hakimiyyəti Trablus hökumətini dəstəkləyir. Ötən həftə Xəlifə Həftərin təmsil etdiyi hökumət Türkiyə ilə əlaqələri kəsdiyini elan edib. Eyni zamanda Türkiyəyə məxsus olan gəmi və təyyarələrin ölkə ərazisinə daxil olmasını yasaqlayıb, ölkə ərazisinə daxil olan Türkiyə bayrağı altında olan gəmi və təyyarələrin vurulacağını bəyan edib. Bu qərarın isə Türkiyənin Trablus hökumətinə silah və texnika göndərməsi ilə izah edib. Həftər gücləri ötən həftələrdə Türkiyədə istehsal olunmuş PUA-nı vurub saldıqlarını iddia ediblər. Hətta Türkiyə ordusu zabitlərinin Liviyada savaşdığı haqda iddialar mediada yer alıb.

Ancaq Türkiyə bu məlumatları təkzib edib. Ankara bəyan edib ki, Türkiyəyə məxsus təyyarə və ya gəmilərin atəşə tutulması, eləcə də saxlanılan Türkiyə vətəndaşları dərhal azad edilməsə, Həftər və ona bağlı qüvvələr Türkiyə gücləri üçün leqal hədəfə çevriləcək. Eyni zamanda Türkiyə Müdafiə Nazirliyi Liviyada saxlanılanlar arasında ordu mənsublarının olmadığını bəyan edib.

Məsələ ondadır ki, aprelin 4-də Xəlifə Həftərin başlatdığı hərbi əməliyyat Liviyanın güc yolu ilə “yuxarıdan” birləşdirilməsi cəhdidir. Ancaq savaş hələ də uzanır. Çünki məsələ ondadır ki, ikiyə bölünmüş Liviyanın hər iki cinahının arxasında regionda rəqabət edən güclər dayanır. Ölkənin qərbindəki islamçı qüvvələri Qətər və Türkiyə dəstəkləyir. Şərqdəki Tobruk hökumətini isə 2 ildir ki, Qətərlə müharibə vəziyyətində olan Səudiyyə Ərəbistanı, BƏƏ və Misir kimi ölkələr dəstəkləyir. Söhbət siyasi islamçılarla dünyəvi qrupların mübarizəsindən gedir. Bu hadisə həm də bir mənada iki ərəb-müsəlman bloku arasında hesablaşmadır.

Ancaq indi Türkiyə və Qətərin dəstəklədiyi Liviya hökuməti ölkənin yalnız kiçik bir hissəsinə nəzarət edir. Gedişat onu göstərir ki, tezliklə Liviyanın bütün əraziləri Həftərin, yəni hazırda Avropa, ABŞ və Səudiyyə ərəbistanı, Misir kimi ölkələrin dəstəklədiyi güclərin nəzarətinə keçəcək. Milli Uzlaşma hökumətinin apreldən bu yana müqavimət göstərməsi isə Türkiyə və müttəfiqi Qətərin verdiyi dəstək sayəsində mümkün olub.

Məsələnin digər həyəcan doğuran tərəfi isə Liviyanın sahib olduğu enerji ehtiyatları, eləcə də hazırda Aralıq dənizinin şərq sahilində tapıldığı ehtimal olunan böyük həcmdə enerji yataqları ilə bağlı vəziyyətdir. Liviya sahil ölkələri xəttində sonuncu həlqədir. Ancaq məsələ ondadır ki, Türkiyə faktiki olaraq hazırda Aralıq dənizində məlum ərazidəki enerji ehtiyatlarına göz dikən ölkələrin demək olar ki, hamısı ilə soyuq münasibətlərə malikdir. Misirlə hələ də düşmən münasibətləri davam edir. İsraillə, eləcə də Yunanıstan və Yunan Kipri ilə soyuqluq mövcuddur. Digər iki sahil ölkəsi olan Livan və Suriya ilə münasibətlər isə o qədər də yaxşı deyil. Yalnız Liviyada indi şərq sahilindəki islamçı hökumətin Türkiyə ilə yaxşı əlaqələri var. ancaq belə görünür ki, bu savaşın sonunda o da olmayacaq, Liviya Səudiyyə-Misir ittifaqının nəzarət etdiyi qüvvələrin əlinə keçəcək.

Bu səbəbdən də indi Liviyanı qoruyub saxlamaq Türkiyə üçün həm də Aralıq dənizində möhkəmlənmək üçün lazımdır. Amma bu, o qədər də asan görünmür.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”