Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağ həqiqətlərini əks etdirən “Son Nəfəsədək” filmi Avropada


Tarix:30-06-2019, 23:26 Kateqoriya:Manşet / Mədəniyyət

Qarabağ həqiqətlərini əks etdirən “Son Nəfəsədək” filmi Avropada

İsveç və Yunanıstanda milli ordu günü ilə bağlı Qarabağ həqiqətlərinə həsr olunan “Son Nəfəsədək” filmi nümayiş olunub.

Bu barədə diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürk məlumat verib. Məlumatda bildirilir ki, İsveç Krallığının Höteborq şəhərində 26 iyun - Silahlı Qüvvələr Gününün 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib:

“Tədbir İsveçdə fəaliyyət göstərən Azərbaycan Kültür İdman Dərnəyi və Azərbaycan Evi tərəfindən təşkil olunub və həm də Qarabağ müharibəsi və Xocalı hadisələrini əks etdirən “Son Nəfəsədək” filminin təqdimat mərasimi keçirilib. Tədbir “Haqa-bio” kino salonun “Viktoriazal” zalında keçirilib və İsveçdə yaşayan soydaşlarımızın böyük marağına səbəb olub.

Çıxışçılar filmin son zamanlar Qarabağda baş verənləri real əks etdirən möhtəşəm bir film olduğunu xüsusi vurğulayıblar.

Sonda çıxış edənlər bayram münasibətilə təbriklərini çatdırıb, filmin çəkilişində zəhməti keçənlərə təşəkkürlərini, xoş arzularını bildiriblər”.
Həmçinin qeyd edilib ki, daha bir təqdimat isə Yunanıstanın Saloniki şəhərində 26 iyun - Silahlı Qüvvələr Gününün 101 illiyi ilə bağlı "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti təşkilatının ofisində baş tutub:

“Tədbiri cəmiyyətin sədri Rəşid Məmmədov açaraq, film haqqında məlumat verib. O, filmin süjet xəttində ssenarinin qəhrəmanı Yavərin Yuxarı Veysəlli və ətraf kəndlərin müdafiəsində göstərdiyi igidliyinin təsvir olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov və başqaları çəkiliblər”.

Karabakhmedia.az

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”