Qarabag Media
Haqqımızda Əlaqə

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR


Tarix:30-06-2019, 21:17 Kateqoriya:Manşet / Cəmiyyət

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

Karabakhmedia.az xəbər verir ki, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə iyunun 30-da Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun və Cavanşir Nağıyevin anım tədbiri keçirilib. Anım günündə şəhidlərin ailə üzvləri, onunla çiyin-çiyinə savaşmış döyüş yoldaşları şəhidlərin məzarına gül dəstələri düzüblər.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Asalanov, Laçın alayının keçmiş qərargah rəisi Rafiq Nağıyev, Laçın polis taborunun keçmiş komandiri Çingiz Abbasov, Milli Qəhrəman Kamil Nəsibov və Cavanşir Nağıyevlə bağlı xatirələrini bölüşüblər.
Keçmiş döyüşçülər şəhid yoldaşlarının döyüş yolundan, onların torpaqlarımızın erməni işğalından müdafiəsində və azad olunmasında göstərdiyi şücaətdən danışıblar. Onların qəhrəman döyüşçü kimi daim Azərbaycan hərbçisi, zabiti, komandiri üçün nümunə olacaq insani keyfiyyətləri xüsusi vurğulanıb, gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.

Kamil Balədə oğlu Nəsibov 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağırılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmış, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.

1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir.

1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olmuşdur.

Kamil Nəsibov ailəli idi, dörd övladı var.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ağcabədi rayonunda dəfn edilmişdir.

Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.


Nağıyev Cavanşir İsmayıl oğlu 1960-cı ildə Laçın şəhərində anadan olmuşdur.

Laçın şəhər 1№-li orta məktəbi bitirmiş və 1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur.

Sonra isə Bakı Sovet Ticarət Texnikumunu bitirmiş, 1983-cü ildən 27№-li Laçın şəhər ərzaq mağazasında müdir-satıcı işləmişdir.

1992-ci il may ayıda Laçın rayonununişğalından sonra könüllü olaraq Laçın Alayının sıralarına daxil olmuşdur.

Rayonun cənub kəndləri uğrunda gedən döyeşlərdə iştirak etmişdir.

1992-ci il iyunun 30-da Suarası kəndi uğrunda gedən döyüşlərdə şəhid olubdur.

Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunubdur.

Ailəli idi, bir övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

Karabakhmeida.az
___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”