Qarabag Media
Haqqımızda Əlaqə

Sosialist Əməyi Qəhrəmanı Şərqiyyə Vəliyevanın doğum günüdür


Tarix:30-06-2019, 22:04 Kateqoriya:Manşet / Cəmiyyət

Sosialist Əməyi Qəhrəmanı Şərqiyyə Vəliyevanın doğum günüdürBu gün Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman Ana Şərqiyyə Vəliyevanın 83 yaşı tamam olur.

Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman Ana Şərqiyyə Vəliyevanın fəaliyyəti Azərbaycanın müstəqillik illərində də yüksək qiymətləndirilmiş, o, Ümummilli lider Heydər Əliyevin 2002-ci il 11 İyun tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.

Karabakhmedia.az-ın məlumatına görə, Şərqiyyə Vəliyeva 1 iyul 1936-cı ildə Laçın rayonunun Nağdalı kəndində anadan olub.

Ailədə 4 bacı, 1 qardaş olmuşdurlar. Atası Əkbər kişi Böyük Vətən müharibəsinə getdikdən sonra ailəliklə Nağdalı kəndinə köçmüşlər. Anası və özü Kirov sovxozunda sağıcı işləmişlər.

Maldarlıq təsərrüfatında uzun müddət sağıcı işlədikdən sonra, il ərzində öhdəsində olan hər inəkdən bir bala və hər inəkdən əl ilə 7400 litr süd sağdığına görə 22 mart 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

Müxtəlif illərdə 2 dəfə “Lenin”, “Şərəf Nişanı”, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri və SSRİ-nin bir çox digər orden və medalları ilə təltif olunub.

Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı olmuşdur. SSRİ Kənd Təsərrüfatı sərgisinin iştirakçısı olmuş 2 qızıl, 1 gümüş və 2 bürünc medal almışdır.

1952-ci ildən ÜİLKGİ üzvü, 1965-ci ildən Sov.İKP üzvü olmuşdur. 1997-ci ildə YAP-ın üzvüdür. 2002-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə ona "Prezident təqaüdü" verilmişdir.

Şərqiyyə Vəliyeva Sabir Vəliyevlə ailə qurmuş, ailəliklə maldarlıqla məşğul olmuşlar. Sabir Vəliyev qabaqcıl maldar olduğu üçün bir neçə orden və medallarla təltif edilmişdir.

Şərqiyyə Vəliyevanın oğlanlarının dördü Qarabağ müharibəsində iştirak ediblər. Oğlu Füzuli Vəliyev Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Mİ-24 helikopterində hərbi təyyarəçi olub. 252 uçuş keçirən, kapitan rütbəsində xidmətini davam etdirərək döyüşlərdə yaralanan kapitan Füzuli Vəliyev 2003-cü ildə hərbi vəzifəsini yerinə yetirərkən həlak olub.

Şərqiyyə Vəliyeva Laçının işğalından sonra Bərdə rayonunun Zümürxan kəndində məskunlaşmışdır.

Karabakhmedia.az

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”