Qarabag Media
Haqqımızda Əlaqə

Mehriban Əliyeva Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılışında


Tarix:30-06-2019, 21:22 Kateqoriya:Manşet / Cəmiyyət

Mehriban Əliyeva Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılışında

İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində çıxış edib.

Sonra UNESCO-nun Baş direktoru Odre Azule, qurumun İcraiyyə Heyətinin sədri Byong-Hyun Li və Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış ediblər.

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dünyanın 180-dən çox ölkəsindən 2500-dən artıq nümayəndə, o cümlədən nazirlər, müxtəlif təşkilatların baş direktorları, beynəlxalq qurumların Azərbaycandakı təmsilçiləri və səfirləri, Azərbaycan hökumətinin üzvləri qatılıblar.

Mühüm əhəmiyyətə malik bu tədbir dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən qədim abidələrə verilən dəyəri özündə əks etdirir.

Komitənin Bakı sessiyasında dünya mədəni irs siyahısına daxil etmək üçün təqdim olunmuş 42 təklifdən 36-sının təqdimatı nəzərdən keçiriləcək. Bunlardan 6-sı təbiət, 28-i mədəniyyət və 2-si qarışıq (həm təbiət, həm də mədəniyyətə aid) təkliflərdir.

Azərbaycan Respublikası 1992-ci ildə UNESCO-ya üzv qəbul edilib, 1996-cı ildə isə təşkilat ilə Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bakı şəhərinin tarixi mərkəzi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası 2000-ci ildə, Qobustan Milli Tarix- Bədii Qoruğu isə 2007-ci ildə Ümumdünya İrs Siyahısına salınıb.

Bu il ölkəmiz Şəkinin Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasını təklif edib.

Karabakhmedia.az

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”